BDU-nun Jurnalistika fakültəsində Türkiyənin tanınmış media mütəxəssisi Bahadır Avşarla görüş

13/10/2022

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində TRT-nin sosial media və xəbər mütəxəssisi, Türkiyənin tanınmış media araşdırmaçısı Bahadır Avşarla görüş keçirilib.
Fakültənin dekanı Vüqar Əliyev görüşün məqsədi ilə bağlı məlumat verərək qonağı təqdim edib.
Bahadır Avşar jurnalistikanın tarixi, nəzəriyyəsi və müasir vəziyyəti haqqında bəhs edib, xəbərçiliyin əsasları, yeni media, sosial media, internet televiziya kanallarının iş prinsipləri haqqında tələbələri məlumatlandırıb. Görüş Jurnalistika fakültəsi ilə AzTV-nin Teleradio Akademiyası arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində gerçəkləşdirilib.
Qeyd edək ki, rəqəmsal diplomatiya sahəsində doktorluq dərəcəsi almış Bahadır Avşar uzun illər Türkiyədə bir sıra dövlət qurumlarında media və ictimaiyyətlə əlaqələr üzrə çalışıb. O, 2015-ci ildən TRT-nin Baş katibliyində araşdırmaçı kimi fəaliyyət göstərir və  jurnalistikanın müxtəlif istiqamətləri üzrə təlimlər keçirir.

 

 

Xəbərlər

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib
24/07/2026

BDU-da seminar: “Süni intellekt və gələcəyin peşələri”

BDU-da seminar : “Süni intellekt və gələcəyin peşələri”
24/07/2026

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır
23/07/2026