BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində dissertasiya işinin ilkin müzakirəsi keçirilib

01/07/2021

2021-ci il 30 iyun tarixində Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində doktorant Səfərova Aygün Kamran qızının “Milli irsin elektron variantlarının yaradılmasının elmi tədqiqatların kitabxana-informasiya təminatında rolu (AMEA Mərkəzi Elmi Kitabxanasının iş təcrübəsi əsasında) mövzusunda fəlsəfə doktorluğu üzrə dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

Tədqiqat işində ilk dəfə olaraq Azərbaycan kitabxanaşünaslığında milli irsin rəqəmsallaşdırılması problemi  təhlil edilib, milli elmi irsin rəqəmsallaşdırılması sahəsində yeni elmi yanaşma və platforma təqdim edilib. Dissertasiyada ilk dəfə milli elmi irsin rəqəmsallaşdırılması problemi ilə əlaqədar termin və anlayışların dəqiq şərhi verilmişdir.

Dissertasiyanın nəticə hissəsində milli elmi irsin öyənilməsi, rəqəmsallaşdırılması sahəsində dünya təcrübəsinin elmi ümumiləşdirilməsi və tədqiqatın elmi, nəzəri və təcrübi yekunu ifadə olunmuşdur.

Dissertasiyanın “Ədəbiyyat siyahısı” istifadə olunmuş ədəbiyyat göstəricisi olmaqla yanaşı, həm də kitabxana-informasiya fəaliyyətinin menecmenti sahəsində mütəxəssislər üçün məzmunlu və geniş əhatəli tövsiyə oluna biləcək biblioqrafik vəsaitdir.

 

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Günəş aktivliyi yüksəkdir, geomaqnit qasırğası olacaq”

BDU-nun Astrofizika kafedrası: “Günəş aktivliyi yüksəkdir, geomaqnit qasırğası olacaq”
04/06/2026

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü elan edir

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü elan edir
04/06/2026

BDU-da çöl-tədris təcrübələri başlayıb

BDU-da çöl-tədris təcrübələri başlayıb
04/06/2026