BDU-nun komandası intellektual oyunun qalibi olub

28/06/2025

Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatının komandası “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” III gənclər düşərgəsi çərçivəsində keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyununun qalibi olub.

İntellektual oyun zamanı iştirakçılar Qərbi Azərbaycanın tarixi, ədəbiyyatı, coğrafiyası, tanınmış şəxsiyyətləri, folkloru və digər mövzularla bağlı sualları cavablandırıblar.

14 komandanın mübarizə apardığı “Nə? Harada? Nə zaman? intellektual oyununda BDU-nun “Evrika” komandası I, “Sərdar sarayı” komandası II, “Çuxursəd” komandası isə III yerə layiq görülüb. Qaliblər diplom, medal, kubok və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, düşərgə Gənclər və İdman Nazirliyi, Qərbi Azərbaycan İcması, Bakı Dövlət Universiteti, “ASAN Könüllüləri” Təşkilatı və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026