BDU-nun məzunu Cənubi Koreyanın nüfuzlu universitetində magistratura təhsili alacaq

01/07/2025

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin “Biotexnologiya” ixtisası üzrə ilk məzunlarından olan Şəhla Həmidova Cənubi Koreyanın nüfuzlu ali təhsil müəssisələrindən biri sayılan Koreya Universitetində magistratura təhsili almaq hüququ qazanıb. O, “İctimai səhiyyə (Cəmiyyət sağlamlığı və sosial epidemiologiya)” ixtisası üzrə təhsilini davam etdirəcək.

Şəhla Həmidova Koreya Respublikasının beynəlxalq tam təqaüd proqramı olan “Global Korea Scholarship” (GKS) proqramının qalibidir. Bu proqram üzrə müraciət edən yüzdən çox tələbə arasından yalnız beş nəfər seçilib.

GKS proqramı çərçivəsində dörd semestrlik təhsilhaqqı, hər ay təxminən 1260 manat məbləğində aylıq təqaüd, sağlamlıq sığortası, gediş-gəliş xərcləri və viza dəstəyi daxil olmaqla bütün xərclər tam şəkildə maliyyələşdirilir.

Koreya Universiteti “QS World University Rankings 2026”da dünya üzrə 61-ci yerdə qərarlaşıb.

Şəhla Həmidova bakalavr təhsilini 92.32 bal ortalaması ilə başa vurub. İngilis və Koreya dillərini C1 səviyyəsində bilir.

Xəbərlər

Müstəqil Azərbaycan dövlətçiliyinin banisi – Ümummilli Lider

Müstəqil Azərbaycan dövlətçiliyinin banisi – Ümummilli Lider
10/05/2026

BDU “AnewZ” beynəlxalq televiziya kanalı ilə əməkdaşlığa başlayır

BDU “AnewZ” beynəlxalq televiziya kanalı ilə əməkdaşlığa başlayır
09/05/2026

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Qəzənfər Bayramov vəfat edib

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Qəzənfər Bayramov vəfat edib
08/05/2026