BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə şagirdlərin qəbul imtahanı keçirilib

05/07/2021

Bu gün Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinə 2021/2022-ci tədris ili üzrə V sinifə şagirdlərin qəbul imtahanı keçirilib. Liseydə təhsil almaq üçün azərbaycan və rus bölmələri üzrə 1600-ə qədər şagird test üsulu ilə imtahan verib. İmtahan prosesi müvafiq qayda və meyarlara uyğun şəkildə təşkil olunub, şagirdlərə öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahan suallarından 25-i Ana dili (Azərbaycan dili və ya rus dili), 25-i riyaziyyat və 10-u isə məntiq üzrə olub.

Xüsusi karantin rejiminin tələblərinə əsasən şagirdlərin yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına buraxılış növbə ilə və sosial məsafəni gözləməklə həyata keçirilib. İmtahan binasına daxil olan şagirdlərin məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, tibbi maska) təmin edilib.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi keçirilir

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi keçirilir
05/08/2026

BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”
04/08/2026

BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”

BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”
04/08/2026