BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Respublika Fənn Olimpiadalarında 7 medal qazanıblar

24/06/2025

İyunun 24-də Bakı Konqres Mərkəzində Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi də mükafatlandırılanlar arasında olub.

Liseyin şagirdləri Respublika Fənn Olimpiadalarında yüksək nəticə göstərərək, bir qızıl və bir gümüş olmaqla 7 medal qazanıblar. Liseyin VIII sinif şagirdləri Alikamal Həsən Riyaziyyat fənni üzrə qızıl, Fidan Həşimova Kimya, Sulduz Hacıyev Riyaziyyat, X sinif şagirdləri Emilya Ağayeva Azərbaycan dili və ədəbiyyat, Yusif İbrahimzadə Fizika, Elman Kərimli və Cabir Abbasov Kimya fənləri üzrə gümüş medala layiq görülüblər.

Qeyd edək ki, “Gənc istedadlar” liseyi bu il Respublika Fənn Olimpiadaları üzrə qalib sayı baxımından ölkənin ən yaxşı təhsil müəssisələri sırasında ilk onluqda yer alır.

Şagirdlərimizi təbrik edir, daha böyük uğurlar arzulayırıq!

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi başa çatıb

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi başa çatıb
12/08/2026

Xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüş

Xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüş
12/08/2026

BDU-nun Jurnalistika fakültəsinə qəbul olmaq istəyənlərin diqqətinə!

BDU-nun Jurnalistika fakültəsinə qəbul olmaq istəyənlərin diqqətinə!
12/08/2026