BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecində imtahan sessiyası yekunlaşıb

05/07/2021

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində 2020-2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasında 8 ixtisas  üzrə 61 fəndən 215 imtahan keçirilib. Mühasibat uçotu ixtisası üzrə 34, maliyyə işi ixtisası üzrə 27, bank işi ixtisası üzrə 34, ailə və ev təhsili ixtisası üzrə 45, məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə 39, kitabxana informasiya təminatı ixtisası üzrə 10, arxiv işi və kargüzarlıq ixtisası üzrə 10, ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə ixtisası üzrə 16 fəndən imtahan keçirilib. İmtahanlarda iştirak hüququ qazanan 674 tələbədən 622 nəfər iştirak edib. İştirak edənlərdən 605 nəfəri (97%) müvəffəq qiymətlər alıb.

Üzrlü səbəblərdən  imtihanlarda iştirak etməyən və akademik borcu yaranmış tələbələrə təkrar imtahan şansı veriləcək. Müraciət edəcək tələbələr üçün Yay məktəbinin təşkili nəzərdə tutulur.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026