BDU-nun prorektoru Macarıstanda Türk Dövlətlərinin Akademik Konfransında iştirak edib

30/06/2025

Bakı Dövlət Universitetinin (BDU) elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov 2025-ci il 25-26 iyun tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində Obuda Universitetinin təşkilatçılığı ilə keçirilmiş Türk Dövlətlərinin Akademik Konfransında iştirak edib.

Azərbaycan, Türkiyə, Macarıstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın universitetlərinin nümayəndələrinin iştirak etdiyi konfransda elmi tədqiqatların dəstəklənməsi üçün türk dövlətlərinin birgə fondunun, tədqiqat, təqaüd imkanlarının  yaradılması, qabaqcıl tədqiqatçılar üçün istedad düşərgələrin təşkili, mədəniyyətlərarası əlaqələrin gücləndirilməsi, ali təhsil müəssisələri arasında tələbə mübadiləsinin təşviq edilməsi, o cümlədən akademik sahədə yeni əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.

Konfransın açılış mərasimində Macarıstanın mədəniyyət və innovasiya naziri Balazs Hanko, Obuda Universitetinin rektoru Levente Kovacs, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev (onlayn), Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfirləri çıxış ediblər.

Konfrans çərçivəsində  Obuda Universiteti, Mirzə Uluqbəy adına Özbəkistan Milli Universiteti, Qazax Milli Su Menecmenti və İrriqasiya Universiteti, Daşkənd Dövlət Texniki Universiteti, Szechenyi Istvan Universiteti, Daşkənd Kimya Texnologiyaları İnstitutunun nümayəndələri ilə görüş keçirilib, elm-təhsil əlaqələrinin inkişaf etdirilməsi, təhsilin magistratura və doktorantura səviyyələri üzrə ikili diplom proqramlarının hazırlanması üzrə müzakirələr aparılıb və ilkin razılıq əldə edilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətini ölkəmizin Macarıstanda fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə qəbul edib. Səfir nümayəndə heyətinə Azərbaycan və Macarıstan arasında elm, təhsil və mədəni əlaqələr haqqında ətraflı məlumat verib. Görüşdə iki ölkə universitetləri arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, birgə proqram və elmi layihələrin hazırlanması, tələbə-müəllim mübadiləsinin aparılması üzrə fikir mübadiləsi aparılıb.

Xəbərlər

BDU-nun prorektoru Macarıstanda Türk Dövlətlərinin Akademik Konfransında iştirak edib

BDU-nun prorektoru Macarıstanda Türk Dövlətlərinin Akademik Konfransında iştirak edib
30/06/2025

BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” adlı III gənclər düşərgəsi başa çatıb

BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” adlı III gənclər düşərgəsi başa çatıb
30/06/2025

BDU-nun komandası intellektual oyunun qalibi olub

BDU-nun komandası intellektual oyunun qalibi olub
28/06/2025