BDU-nun Qazax filialında yay imtahan sessiyası uğurla başa çatıb

05/07/2021

Bakı Dövlət Universitetinin Qazax filialında 2020-2021-ci tədris ilinin iyunun 7-dən başlayan yaz semestrinin yay imtahan sessiyası uğurla başa çatıb. 2 iyul 2021-ci il tarixinə qədər davam edən imtahanlar gün ərzində 2 növbədə olmaqla onlayn qaydada keçirilib.
Sessiyada tələbələr bakalavr səviyyəsi üzrə 338, magistratura pilləsi üzrə isə 27 imtahan veriblər.
Bakalavr səviyyəsi üzrə 59 qrupda 1138, magistratura pilləsi üzrə 11 tələbənin iştirakı nəzərdə tutulan imtahanlarda tələbələrin 99,1 faizi iştirak edib. Müvəffəqiyyət göstəricisi 99,5 faiz olan tələbələr yüksək bilik nümayiş etdiriblər.
Yaz sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı filialda İmtahan Qərargahı və Qaynar xətt fəaliyyət göstərib. Sessiya ərzində Qərarqaha daxil olan azsaylı müraciətlər operativ şəkildə araşdırılaraq həll olunub.

Xəbərlər

BDU ilə Özbəkistanın İnnovasiya Texnologiyaları Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın İnnovasiya Texnologiyaları Universiteti arasında anlaşma memorandumu imzalanıb
30/04/2026

BDU-da “Arxeoloji tədqiqatlarda müasir yanaşmalar və praktiki tətbiqlər” adlı təlim-treninq keçirilib

BDU-da “Arxeoloji tədqiqatlarda müasir yanaşmalar və praktiki tətbiqlər” adlı təlim-treninq keçirilib
30/04/2026

BDU-da “Elsevier” şirkətinin silsilə təlimləri davam edir

BDU-da “Elsevier” şirkətinin silsilə təlimləri davam edir
30/04/2026