Biologiya Fakültəsi Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirilib

19/02/2015

Biologiya Fakültəsi Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirilib. İclası açan BDU HİK sədri Fikrət Şiriyev bütün əməkdaşları salamlayıb. Dos.F.Şiriyev iclasın 2mərhələdən ibarət olduğunu bildirib. 1-ci mərhələdə Z.M.Mahmudovun hesabatini, 2-ci mərhələdə isə yeni büro üzvlərinin adlarını açıqlayacağımızı bildirib. Sonra Ht sədri Zaman Mahmudovu hesabat üçün dəvət olunub. Z.Mahmudov 3 il ərzində görülən işlər barədə ətraflı məlumat verib. BDU-nun ictimai həyatında, idman turlarının keçirilməsində fakültənin də əməyi olduğunu qeyd edib. Sonda F.Şiriyevə oz dəstəyindən, dolayı təşəkkürünü bildirib. İclas iştirakçıları hesabatı qənaətbəxş hesab etdiklərini bildiriblər. Sonra BDU HİK-in sədri F.Şiriyev çıxış edərək sualları cavablandırdı, yay məzuniyyətinin idman oyunları ilə bağlı irəli çəkilməsi təklifini müzakirə edib. Sonda fakültə dekanı A.Quliyevə xidmətlərindən dolayı öz təşəkkürünü bildirib. Z.Mahmudovdan razılığını bildirdi və hesabatını qənaətbəxş hesab etdiyini bildirib. Sonra fakültə dekanı A.Quliyev çıxış edərək öz narazılıqlarını bildirdi və yeni seçiləcək büroya öz işlərini daha mütəşşəkil qurmağı arzulayıb.Sonda açıq səsvermə yolu ilə fakültə həmkarlar təşkilatının 9 nəfərdən ibarət yeni idarə heyəti seçilib. Z.Mahmudov yenidən fakültə həmkarlar təşkilatının sədri seçilib.

Mətbuat və İnformasiya şöbəsi, 19 fevral 2015-cü il.

Xəbərlər

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı
24/06/2026

BDU-nun magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılacaq

BDU-nun magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılacaq
23/06/2026

BDU-nun “Azərbaycan hüquq jurnalı” daha bir beynəlxalq elmi indeks bazasına daxil edilib

BDU-nun “Azərbaycan hüquq jurnalı” daha bir beynəlxalq elmi indeks bazasına daxil edilib
23/06/2026