Elmi Kitabxana Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirilib

20/02/2015

Elmi Kitabxana Həmkarlar Təşkilatının hesabat-seçki  iclası keçirilib. İclası giriş sözü ilə açan Elmi kitabxananın direktoru S.İbrahimova iclasda iştirak edən BDU-nun HİK sədri F.Şiriyevi və bütün əməkdaşları salamlayıb. Sonra çıxış üçün söz HT sədri Roza Cəfərovaya verilib  və ötən illər ərzində görülən işlər barədə ətraflı məlumat verib. Hesabat ətrafında R.Quliyeva, E.Manayeva, M.Quliyeva, N.Miriyeva,  A.Ələsgərova, C.Quliyeva, R.İsgəndərova çıxış ediblər. R.Quliyeva öz çıxışında R.Cəfərovanın işində cox məsuliyyətli olduğunu, ona müraciət edilən hər hansı bir işi dəqiq, mükəmməl həll etməyə çalışdığını bildirib. E.Manayeva da R.Cəfərovanın işlərində məsuliyyətli olduğunu söyləyib. Həmişə, hər yerdə aidiyyatlı işlərlə məşğul olmağa vaxt tapır və yeni seçiləcək şuraya yenə də R.Cəfərovanın seçilməsini tövsiyyə etdiyini bildirib. Sonra BDU HİK-in sədri F.Şiriyev çıxış edərək Elmi kitabxan Həmkarlar Təşkilatının işini qənaətbəxş hesab etdiyini bildirib. Elmi kitabxanın kollektivi universitetin ayrılmaz bir hissəsidir. Rektor, akademik Abel Məhərrəmovun kitabxanaya diqqəti və qayğısı sayəsində, kitabxana nəinki öz xarici görünüşünü dəyişib, hətta qlobal dünya ilə informasiya mübadiləsinin genişləndiyini bildirib. Sonda açıq səsvermə yolu ilə Elmi kitabxana həmkarlar təşkilatının 5 nəfərdən ibarət yeni idarə heyəti Seçilib. Roza Cəfərova yenidən fakültə həmkarlar təşkilatının sədri seçilib.

Mətbuat və İnformasiya şöbəsi, 20 fevral 2015-cü il.

Xəbərlər

BDU “Geosiyasət” ixtisaslaşması üzrə peşəkar kadrlar hazırlayacaq

BDU “Geosiyasət” ixtisaslaşması üzrə peşəkar kadrlar hazırlayacaq
15/07/2026

BDU Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq

BDU Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq  
15/07/2026

BDU “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə kadr hazırlığına başlayır

BDU “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə kadr hazırlığına başlayır
14/07/2026