Çexiyanın Karlova Universitetinin nümayəndə heyəti BDU-da olub

05/09/2018

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Çexiyanın Karlova Universitetinin Təbiət elmləri üzrə fakültəsinin dekanı, professor İrji Zimanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

BDU ilə Karlova Universitetinin yarım əsrə yaxın  əlaqələrinin olduğunu deyən rektor Abel Məhərrəmov əməkdaşlığın günü-gündən genişləndiyini, ötən illər ərzində 500-dən çox professor-müəllim və tələbənin akademik  mübadilədə iştirak etdiyini diqqətə çatdırıb. Rektor, eyni zamanda, keçən il Karlova Universitetindən gəlmiş 10 nəfər müəllim və tələbənin ölkəmizin təbiətini, flora və faunasını öyrənmək üçün Gəncə, Qazax, Lənkəran və Naxçıvanda olduqlarını da xatırladıb.

Görüşdə həmçinin Bakı Dövlət Universitetinin Kimya və Biologiya fakültələri ilə Karlova Universitetin Təbiət elmləri fakültəsi arasında  imzalanmış əməkdaşlıq haqqında müqaviləyə əsasən görülən işlərdən də bəhs edilib.

Görüşdən sonra qonaqlar universitetin Nano araşdırmaları laboratoriyasında və Təkamül muzeyində olublar.

Mətbuat və informasiya şöbəsi, 05 sentyabr 2018-ci il.

Xəbərlər

BDU “Round University Ranking” reytinqində 189 pillə irəliləyərək, Azərbaycanda lider mövqeyini qoruyub

BDU “Round University Ranking” reytinqində 189 pillə irəliləyərək, Azərbaycanda lider mövqeyini qoruyub
09/06/2026

BDU-nun Biologiya fakültəsinin tələbələri Qubada çöl-tədris təcrübəsində

BDU-nun Biologiya fakültəsinin tələbələri Qubada çöl-tədris təcrübəsində
09/06/2026

Misirin Azərbaycandakı səfiri BDU-da

Misirin Azərbaycandakı səfiri BDU-da
09/06/2026