“GeoCamp” Tələbə yay düşərgəsində gecə müşahidəsi və “Kvest” oyunu keçirilib

27/08/2026

Bakı Dövlət Universiteti (BDU) və “Azerbaijan International Mining Company Limited” şirkətinin birgə təşkilatçılığı, BDU-nun Geologiya fakültəsi, “BDU könüllüləri” təşkilatı, “CM Tech” MMC, “CQA International Ltd” MMC, “AT-Geotech” MMC, “A-A” MMC, “Atlas” MMC və “AzGeo” MMC-nin dəstəyi ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi çərçivəsində iştirakçılar üçün müxtəlif elmi-maarifləndirici və əyləncəli proqramlar təşkil olunub.

Düşərgə proqramına uyğun olaraq, BDU-nun Astrofizika kafedrasının dosenti Xıdır Mikayılovun iştirakı ilə gecə müşahidəsi keçirilib. Xıdır Mikayılov iştirakçılara teleskopun daxili quruluşu, optik sistemləri və işləmə prinsipləri, eləcə də cihazdan istifadə qaydaları haqqında ətraflı məlumat verib. Daha sonra iştirakçılar teleskop vasitəsilə Ay tutulması prosesini və digər göy cisimlərini canlı müşahidə etmək imkanı əldə ediblər.

Düşərgə çərçivəsində həmçinin iştirakçıların komanda işi və məntiqi düşünmə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “Kvest” oyunu təşkil olunub.

Oyunda komandalara bölünən iştirakçılar təqdim olunan sualları cavablandıraraq və verilən açar sözlərdən istifadə edərək mərhələləri keçib, sonuncu suala çatmağa çalışıblar. Oyunun şərtlərinə əsasən, yekun sualı ən tez və düzgün cavablandıran komanda yarışın qalibi elan olunub.

Qeyd edək ki, “GeoCamp” Tələbə yay düşərgəsi çərçivəsində iştirakçıların elmi biliklərinin artırılması, praktiki bacarıqlarının və komanda işinin inkişaf etdirilməsi məqsədilə müxtəlif təlim, sessiya və interaktiv fəaliyyətlərin keçirilməsi davam edir.

 

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026