Geologiya fakültəsində tələbələrin buraxılış işlərinin müdafiəsi keçirilib

06/07/2021

Bakı Dövlət Universitetinin Geologiya fakültəsində “Geofizika mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin buraxılış İşlərinin onlayn formada müdafiəsi keçirilib.

AMEA-nın Neft və Qaz institutunun direktoru, akademik Fəxrəddin Qədirovun sədrlik etdiyi Yekun Dövlət Attestasiya Komissiyasının qarşısında  Samir Abdullayev “Yolocaq və Daşkənd kəsilişlərində paleogen yaşlı çöküntülərin maqnit stratiqrafiyası”, Məryəm Mirzoyeva “Terrigen kəsilişlərdə quyu potensialı əyrilərinin interpretasiyası”, Leyla Həsənova “Kəşfiyyat quyularında texniki məsələlərin geofiziki həlli”, Zöhrab Əliyev “Qravitasiya və maqnit anomaliyalarının birgə interpretasiyası”, Aydan Quliyeva “Yevlax-Ağcabədi çökəkliyində gömülmüş vulkanogen qurumların xəritələnməsi (Maqnitometrik və qravimetrik məlumatlar əsasında)”, Rahib Məmmədov “Orta Kür çökəkliyində mezozoy çöküntü kompleksinin geoloji quruluşunun qravimaqnit məlumatları əsasında öyrənilməsi”, Aysanə Abbasova “Kollektorların elastiki xassələrinin eksperimental tədqiqi”, Salman Mirzəyev “Zəlzələlərin uzun müddətli proqnozunda geofiziki xəbərvericilərin rolu” mövzusunda maraqlı tədqiqat işlərini müdafiə ediblər.

 

Xəbərlər

BDU-da Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı

BDU-da Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı  
18/09/2026

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub
17/09/2026

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub
17/09/2026