Hüquq fakültəsi Həmkarlar Təşkilatının hesabat seçki iclası keçirilib

23/02/2015

Hüquq fakültəsi Həmkarlar Təşkilatının hesabat seçki iclası keçirilib. İclası açan fakültə dekanı Ə.Əliyev iclasda iştirak edən BDU HİK-in  nümayəndəsi M.Babayev və  bütün əməkdaşları salamlayıb. Sonra HT sədri dos.Ə.Ə.Qasımov hesabat üçün dəvət olunub. Ə.Qasımov 2 il ərzində görülən işlər barədə ətraflı məlumat verib. Hesabat ətrafında fakültə  dekanı prof. Ə.Əliyev, AMEA-nın m.ü., h.e.d.,prof.M.F.Məlikova, prof.R.Məmmədov, prof.K.Səlimov çıxış ediblər. Öz çıxışlarında təşkilatın bu iki il ərzində geniş fəaliyyət göstərdiyini qeyd edərək, HT sədri Ə.Qasımovun yüksək şəxsi keyfiyyətlərindən bəhs ediblər. Prof.Ə.Əliyev iki il ərzində təşkilatın apardığı işə qiymət verməyi təklif etdi.Yığıncaq  iştirakçıları təşkilatın işlərini və dos. Ə.Qasımovun fəaliyyətini qənaətbəxş hesab ediblər. Sonda açıq səsvermə yolu ilə 11 nəfərdən ibarət yeni idarə heyəti seçilib. Dos.Ə.Qasımov  yenidən Hüquq fakültəsinin Həmkarlar təşkilatına sədr seçilib.

Mətbuat və İnformasiya şöbəsi, 23 fevral 2015-cü il.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!
17/08/2026

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”
17/08/2026

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir
14/08/2026