Jurnalist Ekspert Mərkəzinin sədri BDU tələbələri ilə görüşüb

21/12/2023

Jurnalist Ekspert Mərkəzinin sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, tanınmış jurnalist Ceyhun Musaoğlu Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələrinə ustad dərsi keçib.

Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev tələbələrə qonaq haqqında məlumat verib, bu cür görüşlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Sonra Ceyhun Musaoğlu tələbə-jurnalistlərə müasir jurnalistikanın yeni trendləri, təməl prinsipləri barədə geniş məlumat verib. O, son vaxtlar KİV-də ixtisaslaşma tendensiyasının artdığını qeyd edib, tələbələrə müasir medianın əsas tələbləri barədə danışıb. Vurğulayıb ki, hər gün yenilənən informasiya texnologiyaları, sosial şəbəkələrin fonunda jurnalistlər də hadisələrə daha çevik reaksiya verməlidirlər.

Ustad dərsi auditoriya tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, görüş BDU-nun tarixi muzeyi və Jurnalistika fakültəsi ilə birgə təşkil olunub.

Sonda qonaq tələbələrə kitablar hədiyyə edib.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026