Jurnalistika fakültəsində Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirilib

24/02/2015

Jurnalistika fakültəsində Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirilib. Fakültənin dekanı, professor Şamil Vəliyevin çıxışından sonra fakültənin Həmkarlar Təşkilatının sədri Zaur Babayevin hesabatı dinlənilib. 3 il ərzində görülən işlər barədə ətarflı məlumat verən Z.Babayevin məruzəsindən sonra fakültənin əməkdaşları - Rəhilə Kəsəmənli, Nəsir Əhmədli, Vüqar Əliyev, Aygün Əzimova cıxış edib, təkliflər irəli sürüblər. Hesabat qənaətbəxş hesab edilib.
Sonra BDU HİK-in sədri F.Şiriyev yay məzuniyyətinin idman oyunları ilə bağlı irəli çəkilməsi təklifini müzakirə edib və asudə vaxtların dəyərləndirilməsi haqqında verilən suallara cavab verib, Z.Babayevə yüksək səviyyəli hesabatına görə öz təşəkkürünü bildirib. Jurnalistika fakültəsinin Həmkarlar Təşkilatı yeni büronun seçilməsi ilə bağlı təkliflər irəli sürülüb və açıq səsvermə yolu ilə yeni tərkib seçilib. Zaur Babayev yenidən fakültə Həmkarlar Təşkilatının sədri seçilib.

Mətbuat və İnformasiya şöbəsi, 27 fevral 2015-cü il.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!
17/08/2026

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”
17/08/2026

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir
14/08/2026