Kimya Fakültəsi Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirilib

19/02/2015

Kimya Fakültəsi Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirilib. İclası giriş sözü ilə açan fakültə dekanı prof. Əbdülsəyid Əzizov iclasda iştirak edən BDU HİK sədri Fikrət Şiriyevi və bütün əməkdaşları salamlayıb ə iclası açıq elan edib. Sonra HT sədri prof. F.M.Sadıqov hesabat üçün dəvət olunub. F.M.Sadıqov 3 il ərzində təşkilatın gördüyü işlər hqqında hesabat verib. Hesabat ətrafında prof.E.İ.Əhmədov, prof.Ə.T.Əzizov, prof. M.R.Bayramov, prof.T.M.İlyasov cıxış edib, öz təkliflərini səsləndiriblər. Öz çıxışlarında təşkilatın işlərindəki bəzi çatışmamazlıqları tənqid edib və yeni seçiləcək büroya öz işlərini daha mütəşşəkil qurmağı arzulayıblar. Prof. Ə.T.Əzizov F.M.Sadıqovun 3 il ərzində apardığı işə qiymət verməyi təklif edib. İclas iştirakçıları təşkilatın işlərini və F.M.Sadıqovun hesabatını qənaətbəxş hesab ediblər.Sonra BDU HİK-in sədri F.Şiriyev çıxış edərək sualları cavablandırıb və F.M.Sadıqovun hesabatını qənaətbəxş hesab edib. Prof.Ə.T.Əzizov təşkilatın yeni bürosunun seçilməsini təklif edib. İclas iştirakçıları büronun 9 nəfərdən ibarət olmasını qərara alıb və açıq səsvermə yolu ilə fakültə həmkarlar təşkilatının 9 nəfərdən ibarət yeni idarə heyəti seçilib. Prof.F.M.Sadıqov yenidən fakültə həmkarlar təşkilatının sədri seçilib.

Mətbuat və İnformasiya şöbəsi, 19 fevral 2015-cü il.

Xəbərlər

BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında   

BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında
05/12/2025

BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir
05/12/2025

Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”
05/12/2025