Pakistanın Quaid-i-Azam Universitetinin professoru BDU-nun Biologiya fakültəsində mühazirə deyib

23/06/2025

Pakistanın Quaid-i-Azam Universitetinin tanınmış professoru Muhammad Zafar Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində mühazirə oxuyub.

Məruzəçi bitki tozcuqları, tozlanma prosesi və onların bioindikator kimi tədqiqi istiqamətində apardığı elmi tədqiqatlar barədə geniş təqdimatla çıxış edib. O, mikroskopik səviyyədə tozcuqlar üzərində aparılan silsilə tədqiqatlardan nümunələr təqdim edərək, bu sahədəki praktiki və nəzəri təcrübəsini bölüşüb.

Alim beynəlxalq elmi bazalarda yüksək reytinqli məqalələrin hazırlanması və nəşri ilə bağlı uğurlu təcrübəsini də paylaşıb, elmi işlərin keyfiyyətinin artırılması istiqamətində faydalı tövsiyələr verib və iştirakçıların suallarını cavablandırıb.

Görüşdə tərəflər arasında birgə tədqiqat və əməkdaşlıq imkanları da müzakirə olunub.

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026