Polşalı qonaqlarla əməkdaşlıq əlaqələri müzakirə olunub

05/09/2018

Rzeszow Texnik Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Grzegorz Ostaszın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Qonaqlarla görüşdə BDU rektorunun beynəlxalq əlaqələr üzrə müşaviri, professor Çingiz İsmailov, Xarici tələbələrlə iş üzrə dekan, dosent Gülheyran Rəhimova və Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev iştirak ediblər.  Professor Çingiz İsmailov BDU-nun dünyanın ali təhsil müəssisələrinin nüfuzlu reytinq cədvəllərində ön sırada yer almasından, həmçinin universitetlər arasında beynəlxalq əlaqələrin möhkəmlənməsindən bəhs edib, Polşanın bir sıra universitetləri ilə elm-təhsil müstəvisində həyata keçirilən uğurlu əməkdaşlıqdan danışıb.

Grzegorz Ostasz, öz növbəsində, təmsil etdiyi universitet barədə məlumat verib, Bakı Dövlət Universiteti ilə elm-təhsil əlaqələrinin yaranmasında maraqlı olduğunu qeyd edib. BDU-da təhsil almaq üçün münbit şəraitin olduğunu deyən qonaq  burada tələbələrin həm humanitar, həm də fundamental elmlər sahəsində təhsil almaq imkanlarını yüksək dəyərləndirib.

Sonda qarşılıqlı maraq doğuran məsələlər barədə ilkin razılıq əldə olunub.

Mətbuat və informasiya şöbəsi, 05 sentyabr 2018-ci il

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026