Qazaxıstanlı magistrantlar BDU-da təlim keçiblər

25/02/2015

Bakı Dövlət Universiteti  və Ş.Esenov adına Texnologiya və Mühəndislik Xəzər Dövlət Universiteti arasında 1 iyul 2010-cu il tarixində imzalanmış memorandum çərçivəsində bir qrup qazaxıstanlı magistrant Bakı Dövlət Universitetində olublar. Qazax dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan magistrantlar türkologiya kafedrasında qədim türk ədəbi abidələri, müasir türk dilləri, Azərbaycan dili tarixi, orta əsr türk yazılı abidələri fənləri üzrə təlimlərdə iştirak ediblər.

Magistrantlar, eyni zamanda, universitetin Abay Mərkəzinin təşəbbüsü ilə filologiya fakültəsinin 3-cü kurs tələbələrilə görüşüblər. Gənc qazax alimləri tələbələrə qazax ədəbiyyatı və ədəbiyyatşünaslıqda mövcud olan müasir tendensiyalar haqqında məlumat veriblər.

Mətbuat və İnformasiya şöbəsi, 25 fevral 2015-cü il.

Xəbərlər

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı
24/06/2026

BDU-nun magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılacaq

BDU-nun magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılacaq
23/06/2026

BDU-nun “Azərbaycan hüquq jurnalı” daha bir beynəlxalq elmi indeks bazasına daxil edilib

BDU-nun “Azərbaycan hüquq jurnalı” daha bir beynəlxalq elmi indeks bazasına daxil edilib
23/06/2026