QS beynəlxalq təşkilatının regional direktoru BDU-da olub

06/07/2021

Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Böyük Britaniyanın Quacquarelli Symonds (QS) konsaltinq şirkətinin Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Sergey Xristolyubov ilə görüşüb.

Rektor Elçin Babayev BDU-nun yeni inkişaf strategiyasına uyğun olaraq aparılan islahatlar və layihələr barədə qonağa məlumat verib. Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə yer alması üçün kifayət qədər potensialının olduğunu və BDU-nun bu istiqamətdə də böyük uğurlar əldə etdiyini vurğulayıb.

Strateji hədəflərə nail olmaq bu sahədə işlərin daha da təkmilləşdirilməsinin vacibliyini vurğulayan rektor Elçin Babayev Bakı Dövlət Universitetinin QS beynəlxalq reytinqində təmsil olunması ətrafında fikir mübadiləsi aparıb. Milli və beynəlxalq işəgötürənlərlə əməkdaşlığa, yüksək təsir əmsalına malik elmi jurnallarda dərc olunan məqalələrin keyfiyyətinə və sayına, tələbə mobilliyinə, reytinqli universitetlərlə təcrübə mübadiləsinə diqqətin artırılmasının əhəmiyyətindən danışıb.

QS reytinqinin əsaslandığı meyarlar üzrə daha çox və keyfiyyətli informasiya veriməsinin vacibliyinə diqqəti yönəldən Sergey Xristolyubov Universitetdə bu istiqamətdə aparılan işləri yüksək qiymətləndirib. Qonaq görüşdə universitetlərin QS reytinq cədvəlində yer alması meyarlarını ətraflı şəkildə açıqlayıb, siyahıya daxil olmaq üçün vacib olan müraciət formaları və şərtlər haqqında geniş məlumat verib. Bildirib ki, QS reytinqi akademik nüfuza, universitetlərin müəllim-tələbə sayının nisbətinə, məqaləyə istinadlara, xarici müəllim və tələbələrin, elmi dərəcəli kadrların, professor-müəllim heyətinin məqalələrinin sayına, işəgötürənlərin nüfuzuna, həmçinin internet resurslarının effektivliyinə görə müəyyənləşdirilir.

Əksər ölkələrdə universitetlərin beynəlxalq reytinqinin onların elmi fəaliyyəti, təhsili və beynəlmiləlləşməsi ilə ölçüldüyünü deyən Sergey Xristolyubov, QS reytinqində məzunların işlə təmin olunması meyarına da ciddi önəm verildiyini qeyd edib.

Sonda Sergey Xristolyubov 2022-ci il üçün Bakı Dövlət Universitetinin QS reytinqində tutduğu yerin sertifikatı rektor Elçin Babayevə təqdim edib.

Xəbərlər

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub
23/04/2024

BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır

BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır
23/04/2024

BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu”

BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu”
23/04/2024