Tələbə Həmkarlar İtifaqı Komitəsinin beynəlxalq əlaqələri genişlənir

14/10/2010

Oktyabrın 14-də Tələbə Həmkarlar İttifaqı Komitəsi və dünyanın ən böyük tələbə təşkilatlarından olan AIESEC humanitar məsələlər üzrə dekan müavinləri və fakültə Tələbə Həmkarlar Təşkilatlarının sədrləri üçün “Azərbaycanlı tələbələrin dünyaya inteqrasiya yolları” adlı tanıtım tədbiri keçirilib. Tədbirdə hər iki təşkilat arasında əməkdaşlıq istiqamətləri müəyyən edilib. Çıxış edən Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov Komitənin beynəlxalq əlaqələrinin genişlənməsi baxımından tədbirin əhəmiyyətini xüsusilə qeyd edib. Eyni zamanda AIESEC-in Budapeşt üzrə koordinatoru Mihai Adrian çıxış edərək iştirakçılara təşkilat barədə geniş məlumat verib. Təşkilatın həyata keçirdiyi tədbirlər, fəaliyyət istiqamətləri, məqsədləri barədə iştirakçılara qısa müddətli film nümayiş etdirilib.

 

Xəbərlər

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı
21/11/2026

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
20/11/2026

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”
20/11/2026