Tələbə Həmkarlar Təşkilatı respublikada ən yaxşı həmkar təşkilatıdır

12/10/2010

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi respublikamızda mövcud olan Həmkarlar İttifaqı Komitələri və ilk təşkilatları içərisindən aktiv və yüksək keyfiyyətli  fəaliyyəti ilə seçilən ən yaxşı təşkilatları müəyyən etmək məqsədi ilə “Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi” adlı müsabiqə elan edib. Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi də bu müsabiqədə iştirak edib. Müsabiqədə universiteti Kitabxanaçılıq-informasiya fakültəsinin Tələbə Həmkarlar Təşkilatı təmsil edib. Sözü gedən müsabiqə bir neçə turdan ibarət olub, altı aydan artıq müddət ərzində davam edib. Uzun sürən seçimlərdən sonra  Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi, Kitabxanaçılıq-informasiya fakültəsinin Tələbə Həmkarlar Təşkilatı, Respublika Tələbə Həmkarlar Təşkilatları arasında birinci yerə layiq görülüb.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev kütləvi-informasiya vasitələrinin iştirakı ilə keçirilən təqdimat mərasimində Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərovu və Kitabxanaçılıq-informasiya fakültəsi Tələbə Həmkarlar Təşkilatının sədri Sahil Hacıyevi təbrik edərək, xüsusi diplomla təltif edib.

 


Xəbərlər

BDU-nun əcnəbi tələbəsi: “Çində Azərbaycan dili müəllimi kimi fəaliyyət göstərmək istəyirəm” – MÜSAHİBƏ

BDU-nun əcnəbi tələbəsi: “Çində Azərbaycan dili müəllimi kimi fəaliyyət göstərmək istəyirəm” – MÜSAHİBƏ
27/01/2026

BDU-nun Karyera və məzunlarla iş Mərkəzi və “Dapti.az” platformasının nümayəndələri arasında görüş

BDU-nun Karyera və məzunlarla iş Mərkəzi və “Dapti.az” platformasının nümayəndələri arasında görüş
26/01/2026

BDU-da “Pakistan otağı” açılıb

BDU-da “Pakistan otağı” açılıb
26/01/2026