“Bakı Dövlət Universitetində Keyfiyyət təminatı Mərkəzinin yaradılması haqqında” Bakı Dövlət Universitetinin Elmi Şurasının 2023-cü il 11 iyul tarixli iclasının qərarına və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 172-ci nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakı Dövlət Universitetinin Nizamnaməsi”nin 3.1.21-ci yarımbəndini rəhbər tutaraq Keyfiyyət təminatı Mərkəzi yaradılmışdır.
Mərkəzin fəaliyyət istiqamətləri
- Keyfiyyət təminatı və inkişafına yönəlmiş siyasət və prosedurların formalaşdırılması, nəzərdən keçirilməsi, icrası, monitorinqi, eləcə də keyfiyyət mədəniyyətinin qurulması;Keyfiyyət təminatı fəaliyyətlərinin səmərəli təşkil edilməsi;
- Struktur bölmələrin fəaliyyətinin, tədrisin təşkilinin, təhsil proqramlarının icrasının, beynəlmiləlləşmə və elmi-tədqiqat fəaliyyətlərinin keyfiyyətinin monitorinqi, eləcə də müvafiq istiqamətlər üzrə təlim və metodiki dəstək xidmələrinin göstərilməsi;
- Maraqlı tərəflərdən (təhsilalan, təhsilverən, məzun və s.) məmnuniyyət sorğularının keçirilməsi və nəticələrinin təhlil olunması;
- Keyfiyyətin idarəedilməsi və təmini istiqamətində bilik və bacarıqların artırılması məqsədi ilə müxtəlif mövzularda təlimlərin təşkili və müvafiq istiqamət üzrə metodiki dəstəyin göstərilməsi;
- Fəaliyyət istiqamətinə aid formalaşdırılmış müvafiq Komissiyaların və (və ya) işçi qrupların fəaliyyətinin təşkili və əlaqələndirilməsi;
- Nüfuzlu beynəlxalq reytinqlərdə mövcud vəziyyətin təhlili, müvafiq istiqamətdə fəaliyyətin digər struktur bölmələrlə əlaqəli şəkildə təşkili və koordinasiyası;
- İnstitusional və (və ya) proqram akkreditasiyası üzrə illik əsasda özünütəhlilin aparılması, eləcə də institusional və proqram akkreditasiyası sonrası verilmiş tövsiyələrin icrasının monitorinqi;
- İxtisasların və (və ya) ixtisaslaşmaların beynəlxalq proqram akkreditasiyalarından keçirilməsi istiqamətində fəaliyyətlərin digər struktur bölmələrlə əlaqəli şəkildə təşkili və koordinasiyası.
Mərkəzin əsas vəzifələri
- Keyfiyyət təminatı siyasətinin maraqlı tərəflərin cəlb olunması ilə hazırlanması, yenilənməsi, təkmilləşdirilməsi və müvafiq fəaliyyət planı əsasında icrası;Tədris-metodiki işin məzmunu, forma və metodlarının təkmilləşdirilməsi sahəsində metodiki tövsiyələrin hazırlanması və dəstəyin göstərilməsi;
- Monitorinqlər zamanı beynəlxalq təcrübəyə uyğun olaraq metodologiyanın formalaşdırılması və monitorinq meyarlarının müəyyənləşdirilməsi;
- Tədris-proqram sənədlərinin (fənn proqramı və sillabus) və tədris-metodiki materialların keyfiyyətinin monitorinqi;
- Struktur bölmələrin fəaliyyətinin, tədrisin təşkilinin, təhsil proqramlarının icrasının, elmi-tədqiqat və beynəlmiləlləşmə istiqamətində fəaliyyətlərin keyfiyyətinin monitorinqi;
- Maraqlı tərəflərdən (təhsilalan, təhsilverən, məzun və s.) məmnuniyyət sorğularının keçirilməsi və nəticələrinin təhlili;
- Tələbə dəstək xidmətlərinin (Tibbi xidmət, psixologiya xidməti, tyutor xidməti, yataqxana, yeməkxana və s.) səmərəliliyinin qiymətləndirilməsi;
- Ali təhsil pilləsi üzrə institusional və proqram akkreditasiyası üzrə qiymətləndirmə meyarları əsasında şöbələrin hesabatlılığının formalaşmasının, eləcə də illik əsasda özünütəhlilin aparılmasının təmin olunması;
- Ali təhsil pilləsi üzrə institusional və (və ya) proqram akkreditasiya qiymətləndirilməsi zamanı Təşkilat Komissiyasının fəaliyyətinə və özünütəhlilin aparılması prosesinə nəzarət edilməsi;
- Akkreditasiya sonrası verilmiş tövsiyələrin icrası vəziyyətinin monitorinqi;
- Keyfiyyət təminatı sahəsində beynəlxalq və yerli təcrübənin öyrənilməsi və müvafiq qaydada yerli konteksdə icrası;
- Biliyi qiymətləndirmənin şəffaf, obyektiv, tələbəyönlü və səriştə əsaslı olmasının mütəmadi monitorinqi;
- Keyfiyyətin təminatına dair təlimlərin, seminarların, dəyirmi masa müzakirələrinin təşkili;
- Akademik dürüstlüyün təşviqi, akademik müstəqilliyin qorunması üçün tədbirlərin görülməsi və köçürmə hallarına qarşı mübarizə fəaliyyətlərinin səmərəliliyinin qiymətləndirilməsi;
- Fəaliyyət istiqamətinə uyğun analitik materialların və (və ya) təlimatların hazırlanması və metodiki dəstəyin göstərilməsi;
- Fəaliyyət istiqamətinə aid formalaşdırılmış müvafiq Komissiyaların və (və ya) işçi qrupların fəaliyyətinin təşkili və əlaqələndirilməsi;
- Universitetin nəzdində fəaliyyət göstərən Filial, Kollec və Liseyə keyfiyyət təminatı sahəsində dəstəyin göstərilməsi;
- Nüfuzlu beynəlxalq reytinqlərdə mövcud vəziyyətin təhlili, müvafiq istiqamətdə fəaliyyətin digər struktur bölmələrlə əlaqəli şəkildə təşkili və koordinasiyası;
- İxtisasların və (və ya) ixtisaslaşmaların beynəlxalq proqram akkreditayalarında keçirilməsi istiqamətində fəaliyyətlərin digər struktur bölmələrlə əlaqəli şəkildə təşkili və koordinasiyası;
- Öz fəaliyyət istiqamətinə uyğun olaraq hesabatlılığın müvafiq qaydada və müəyyən olunmuş tezlikdə təmini;
- Beynəlxalq nüfuzlu reytinqlərin metodologiyasına uyğun olaraq siyasət sənədlərinin və hesabatlarının hazırlanması və müvafiq qaydada əlçatanlığının təmin olunması;
- Beynəlxalq nüfuzlu reytinqlərin metodologiyasına uyğun olaraq məlumatların davamlı olaraq müvafiq struktur bölmələrdən toplanması və portal üzrə yerləşdirilməsi;
- Akademik heyətin pedaqoji, tədqiqat və İKT bacarıqlarının artırılması istiqamətində davamlı inkişaf fəaliyyətlərin aparılması;
- Rektor tərəfindən Mərkəzə həvalə edilmiş bu Əsasnamə ilə müəyyən olunmuş səlahiyyətlərin daxilində digər funksiyaların həyata keçirilməsi. Keyfiyyətin təminatına dair təlimlərin, seminarların, dəyirmi masa müzakirələrinin təşkili.
Mərkəzin əsas hüquqları
Struktur bölmələrdən müvafiq məlumatları tələb etmək, təqdim olunmuş məlumatları nəzərdən keçirmək və məlumatların etibarlı, əsaslı və yetərli olmasını müəyyənləşdirmək və düzəlişlər tələb etmək.
Keyfiyyət təminatı sisteminin səmərəliliyinin artırılması məqsədi ilə təkliflər hazırlamaq və müvafiq qaydada təqdim etmək.
Müvafiq struktur bölmələrdə planlı və növbədənkənar monitorinqlər həyata keçirmək.
Mərkəzin işinin təşkili üçün formalaşmış Komissiyalar və (və ya) işçi qrupların fəaliyyətini təşkil etmək.
Keyfiyyət təminatına dair fərdi və ya kollektiv qaydada şifahi dinləmələr və müzakirələr aparmaq.
Monitorinq sonrası verilmiş tövsiyələrin icrasına dair müvafiq struktur bölmələrdən hesabatlar tələb etmək.
Yerli və (və ya) beynəlxalq akkreditasiya, eləcə də reytinq ilə bağlı müvafiq struktur bölmələrdən müvafiq sənədlər və (və ya) məlumatları almaq.
Monitorinqlər zamanı aşkarlanmış çatışmazlıqların aradan qaldırılması ilə bağlı olaraq struktur bölmələrə tövsiyələr vermək.
Zəruri hallarda monitorinq zamanı çatışmazlıq aşkar olunmuş struktur bölmə işçilərinə və (və ya) akademik heyətə dair müvafiq qaydada inzibati tənbehin olunması üçün rektor qarşısında məsələ qaldırmaq.
Struktur bölmə rəhbərlərinə işlərin (xidmətlərin) keyfiyyətinin artırılmasına istiqamətlənmiş tədbirlərin görülməsinə dair tövsiyələr vermək.
Keyfiyyətin artırılması istiqamətində müvafiq struktur bölmələri və digər maraqlı tərəfləri bu tədbirlərin həyata keçirilməsinə cəlb etmək.
Yaranmış zərurətlə əlaqədar olaraq iş yerlərinə, auditoriya və laboratoriyalara maneəsiz daxil olmaq, nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirmək.
Tərkibində fəaliyyət göstərən şöbələrin fəaliyyət planına uyğun icrasını monitorinq etmək, tapşırıqları bölmək və icrasını tələb etmək.
Səlahiyyətləri çərçivəsində xidməti yazışmalar aparmaq.
