Aprelin 25-də Bakı Dövlət Universitetində ümumuniversitet iməcliyi keçiriləcək
20/04/2009
Aprelin 25-də Bakı Dövlət Universitetinin kollektivi rektor, akademik Abel Məhərrəmovun təşəbbüsü ilə ümumuniversitet iməcliyi keçirəcək. İməclik çərçivəsində kafedra, auditoriya, labaratoriyalarda təmizlik, universitetin həyətində isə səliqə-səhman işləri aparılacaq, yaşıllıqlar salınacaq, ağac və gül kölları əkiləcək. Belə bir təşəbbüsün ümumrespublika ali məktəblərində də gerçəkləşməsini arzulayan kollektiv, digər təhsil ocaqlarını da bu xeyirxah təşəbbüsə qoşulmağa çağırır. Təbiətin, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması istiqamətində atılacaq bu addım ümid edirik ki, cəmiyyətin digər üzvləri tərəfindən də dəstəklənəcək.
Xəbərlər
BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
