Atatürkün xatirəsi anılıb

20/05/2010

Mayın 19-da Bakı Dövlət Universitetində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü anma, Gənclik və İdman Bayramı qeyd edilib. Bayram ulu öndərin 1919-cu il mayın 19-da silahdaşları ilə birlikdə Samsun səfərinə, yadelli işğalçılara qarşı müqavimət hərəkatına başçılıq etməsinə həsr olunub. Ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra hər iki ölkənin dövlət himnləri səslənib. Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov bu günü böyük tarixi bayram adlandırıb, Atatürkün Türkiyə həyatında oynadığı roldan, əbədiyaşar ideyalarından bəhs edib. Rektor deyib: «Dünyada 10-a yaxın dövlətin, o cümlədən Azərbaycan və Türkiyənin ümummilli lideri var. Bir millət olaraq iki böyük dövlət xadimi və xilaskarla hər zaman fəxr edəcəyik».  Akademik eyni zamanda, Azərbaycan-Türkiyə münasibətlərindən, bu əlaqələrin dostluq, qardaşlıq, tərəfdaşlıq zəminində inkişafından danışaraq, türk dünyasının parlaq gələcəyinə inandığını söyləyib, gəncləri vətənpərvərliyə, birliyə çağırıb. Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıc Atatürkün «Cümhuriyyəti mən qurdum, onu yüksəltmək sizin vəzifənizdir» kəlamını xatırladaraq gənclərə böyük etimadından bəhs edib. Diplomat ölkəsinin tarixindən, inkişaf mərhələlərindən, regionda nüfuzundan, dünya siyasətinə təsirindən bəhs edib: «Hazırda Türkiyə iqtisadi qüdrətinə görə dünyada 17-ci yerdədir və bölgənin ən böyük siyasi oyunçularından biridir». Səfir həmçinin Türkiyənin beynəlxalq təşkilatlarla işbirliyindən, onun səlahiyyətli qurumlarında təmsilçiliyindən də bəhs edib. Səfirliyin təhsil üzrə müşaviri Halis Koyuncuoğlunun çıxışından sonra Atatürkə həsr olunmuş film nümayiş etdirilib və bayram maraqlı konsert proqramı ilə başa çatıb.

 

Mətbuat və informasiya şöbəsi

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2025

BDU-da ustad dərsi: “Startap ekosisteminə giriş”

BDU-da ustad dərsi: “Startap ekosisteminə giriş”
17/10/2025

BDU-da “Müstəqilliyə aparan yol” adlı tədbir keçirilib

BDU-da “Müstəqilliyə aparan yol” adlı tədbir keçirilib
17/10/2025