Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə .....

30/04/2009

009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə əlaqədar yaranmış mənəvi, psixoloji durumu normal məcraya yönəltmək, tələbələr arasında yayılmış şaiyələri və valideynlərin narahatçılığını aradan qaldırmaq, habelə BDU-nun daxili nizam-intizam qaydalarını bir qədər də möhkəmləndirmək, giriş-çıxışa nəzarəti gücləndirmək məqsədilə rektor, akademik Abel Məhərrəmovun yanında müşavirə keçirildi. Baş vermiş qanlı hadisəni pisləyən rektor, professor müəllim heyətini və tələbələri şaiyələrə və təxribatlara uymamağa, psixoloji durumu sabit vəziyyətdə saxlamağa çağırdı. Fakültə dekanlarına, təssərrüfat işləri üzrə prorektor Nəbi Ramazanlıya, humanitar məsələlər üzrə prorektor, professor Vaqif İbrahimova, ümumi işlər üzrə prorektor Rövşən Abdullayevə və universitetin mühafizə xidmənin rəisi Mahir Höccətova tapşırıqlar verdi. Universitetin təkcə tədris korpuslarına deyil, tələbə şəhərciyinə, İlahiyyat liseyinə, İlahiyyat fakültəsinə, Gənc istedadlar liseyinə, yataqxana və yeməkxanalara, Bakı Universiteti nəşriyyatına da nəzarətin gücləndirilməsini tövsiyyə etdi. Faciə qurbanlarının ailə üzvlərinə bir daha baş sağlığı verən rektor, akademik Abel Məhərrəmov məsələnin kompleks şəkildə həllinə nail olmaq məqsədilə R-29 saylı əmr imzaladı. Əmrin icrasına nəzarəti öz üzərinə götürdü.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026