BDU-da Çankırı Karatekin Universitetinin rektoru Harun Çiftçi ilə görüş

01/06/2022

Bakı Dövlət Universitetində (BDU) Türkiyə Respublikasının Çankırı Karatekin Universitetinin rektoru Harun Çiftçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov qonaqları Azərbaycanın ən böyük və ilk universiteti olan BDU, Universitetin strukturu, fakültələri, son illər həyata keçirilən islahatlar, yeni yaradılan Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, ikili diplom proqramları barədə məlumatlandırıb. Bildirib ki, qardaş Türkiyə universitetləri ilə əməkdaşlığın genişləndirilməsi və ikili diplom proqramlarının qəbulu BDU üçün xüsusi önəm daşıyır.

Çankırı Karatekin Universitetinin rektoru Harun Çiftçi isə rəhbərlik etdiyi ali təhsil ocağı ilə bağlı ətraflı məlumat verib. 19 minə yaxın tələbəsi olan Çankırı Karatekin Universitetində 900 azərbaycanlı tələbənin təhsil aldığını xatırladıb. O, BDU ilə əməkdaşlıqda və ikili diplom proqramlarının qəbulunda maraqlı olduğunu vurğulayıb.

Görüşdə BDU və Çankırı Karatekin Universiteti arasında ortaq tədqiqatların aparılması, birgə konfrans, simpoziumların keçirilməsi barədə də müzakirələr aparılıb.

Xəbərlər

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir
23/10/2026