Heydər Əliyevin 86 illik yubileyinə həsr olunmuş futbol turnirinə start verildi

18/04/2009

Aprelin 18-də Bakı Dövlət Universitetində Heydər Əliyevin 86 illik yubileyinə həsr olunmuş futbol turnirinin açılış mərasimi keçirildi. Turniri rəsmi olaraq açıq elan edən rektor, akademik, millət vəkili Abel Məhərrəmov iştirakçıları bu münasibətlə təbrik etdi. Əfsanəvi futbolçu Ələkbər Məmmədov açılışın rəmzi olan futbol topunu rektor Abel Məhərrəmova təqdim etdi. Qeyd edək ki, turnir zamanı müxtəlif fakültələrin 16 futbol komandası birincilik uğrunda mübarizə aparacaqlar. Turnir 10 mayda, ümummilli liderimiz Heydər Əliyevin anadan olduğu gün yekunlaşacaqdır.
Açılış mərasimində universitetin tələbələri tərəfindən BDU-nun idman kafedrasının müdiri Akif Atakişiyevin ideyası əsasında 86 rəqəməni əks etdirən bədii-idman kompozisiyası təqdim edildi. Universitetin rəqs qrupu və «Cəngi» güləş qrupu çıxış edərək iştirakçılarda xoş ovqat yaratdılar. Xüsusi olaraq dəvət edilən estradamızın gənc ifaçıları Səfurə Əlizadə, Fərid Quliyev, Çingiz və «Şeron» qrupunun üzvləri tədbirə əlavə bir rəng qatdılar.
Bütün komandalara uğurlar arzulayırıq!

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026