Bakı Dövlət Universitetinin Polikinikası universitetin professor-müəllim heyəti, əməkdaşları və tələbələrinə 22 həkim, 20 tibb bacısı ilə xidmət göstərir. Poliklinikada baş həkim, terapiya şöbəsinin müdiri daxil olmaqla 5 terapevt, 2 oftalmoloq, 2 stomatoloq, 1 fizioterapevt, 1 nevropatoloq, 1 revmatoloq, 2 otorinolorinqoloq (LOR), 2 şüa diaqnostika, 2 kardiloq, 2 laboratoriya həkimi çalışır. Poliklinikanın baş həkimi Sevinc Höccətovadır.
Poliklinikada aşağıdakı kabinetlər fəaliyyət göstərir:
- Terapiya
- Oftalmologiya
- Fizioterapiya
- Cərrahiyyə
- Stomatologiya
- Nevrologiya
- Revmotologiya
- Otorinolorinqologiya (LOR)
- Laboratoriya
- USM (Ultra səs müayinəsi)
- Kardiologiya
GÖZ KABİNETİ
Gözün refreksiyasının təyini
Eynəklərin yazılması
Gözün bütün qişalarının təyini
Gözdibi müayinə
Gözdaxili təzyiqin ölçülməsi
Görmə faizinin təyini
STOMATOLOQ
Karieslərin müalicəsi
Pulpitlərin müalicəsi
Peridontitlərin müalicəsi
Diş əti xəstəliklərinin müalicəsi (parodontoz,qinqivit )
Dişdaşı ərplərin təmizlənməsi
Dişlərin ağardılması
Dişlərin rentgen müayinəsi
USM və EKQ
Qarın boşluğu orqanları
Kiçik çanaq orqanları
Qalxanvari və süd vəzilər
Aşağı və yuxarı ətrafların dopleroqramması
Üç kanallı elektrokardioqraf aparatı ilə ürəyin elektrokardioqramması
LABORATORİYA
Kliniki analizlər
Biokimyəvi analizlər
Hemostaz sınaqlar
İnfeksiyalar
Hormonlar
FİZİOTERAPİYA
Oynaq xəstəlikləri
Artroz
Artrit
Bel fəqərələrinin radikuliti
Varikoz damar genişlənməsi
Haymorit
Rinit
Tonzillit
Travmalar və bəzi cərrahi əməliyyatlardan sonrakı bərpa üçün fərqli prosedurların təyini
Bundan əlavə, poliklinikanın universitetin nəzdindəki “ Gənc istedadlar” liseyində kabineti fəlaiyyət göstərir.
APARATLAR
Biomikroskop və Refraktometr |
Ultrasəs terapiya apparatı |
Yüksək tezisli cərəyan apparatı(UVÇ) |
Darsenval |
Mikroskoplar |
Biokimyəvi analizator |
Quruducu şkaf |
Avtoklav |
Koagulometr |
Hematoloji analizator |
Üç kanallı elektro kardioqraf |
İmmunoferment analizator |
LOR alətlər masası |
Medison |