S/s Tarix Saat Struktur bölmə Məruzəçi(lər) Məruzənin adı Keçirildiyi yer
1 21.04.2021 11:00 Coğrafiya fakültəsi
“Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm” kafedrasının müəllimi, c.ü.f.d Dərgahov Vüqar Səttar oğlu


İşğaldan azad olunan ərazilərdə sağlamlıq turizminin  inkişaf perspektivləri

Onlayn – Microsoft Teams

Xülasə: Azərbaycanda sağlamlıq xidmətləri beynəlxalq gəlmə turizmdə hədəf ölkələrə istiqamələn əsas turizm məhsullarından sayılır. Azərbaycanın sağlamlıq turizm sahəsində rəqabət imkanları yaxın xarici ölkələrlə müqayisədə üstün sayıla bilər. Eyni zamanda, işğaldan azad olunan ərazilərin sağlamlıq turizm potensialının turizm industriyasının dövriyyəsinə cəlb olunması bu sahədə yeni destinasiyalar və turizm məhsullarının formalaşmasına, onun rəqbət qabiliyyətinin artmasına imkan verəcəkdir.Məruzədə işğaldan azad olunan ərazilərdə zəngin termal müalicəvi bulaqlar, mikroiqlim resursları, landşaft müxtəlifliyi, mədəni irs sağlamlıq turizminin inkişafı üçün əlverişli şərait yaradır. Regionda beynəlxalq analoqlarından üstünlüyünüə görə seçilən 23 termal mənbə, özünəməxsus mikroiqlim şəraiti olan 4 balneoloji-iqlim zonası vardır ki, bu da sağlalıq turizminin inkişafının perspektivləri təqdim olunacaqdır.

 

S/s Tarix Saat Struktur bölmə Məruzəçi(lər) Məruzənin adı Keçirildiyi yer
2
28.04.2021 14:00 Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi

Xidmətin Mil-Qarabağ regional zonasının rəisi Siyah Əli oğlu Əliyev


Mil-Qarabağ zonasında hidrogeoloji -meliorativ şəraitin son vəziyyəti (2020-ci ilə)  və işğaldan azad olunmuş suvarılan torpaqlarda hidrogeoloji-meliorativ şəraitin öyrənilməsinin təşkili

Onlayn – Microsoft Teams

Xülasə: Məruzə Mil-Qarabağ zonasının Bərdə, Ağcəbədi, Yevlax, Tərtər, Beyləqan, Fizuli və Ağdam rayonlarının suvarılan torpaqlarının hidrogeoloji-meliorativ şəraitinin 2020-ci il məlumatlarına əsasən müşahidələrin qiymətləndirilməsinə, melorativ tədbirlər tələb edən sahələrdə tədbirlərin əsaslandırılmasına, işğaldan azad olmuş suvarılan torpaqlarda hidrogeoloji-meliorativ şəraitin öyrənilməsinin təşkilinə olunur.