S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer |
1 |
07.07.2021 | 14:00 | 5402.01-“Tarixi coğrafiya, siyasi və rekreasiya coğrafiyası” | “Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm” kafedrasının doktorantı-Hüseyn-zadə Kərim Şamil oğlu | Açıq hava turizm fəaliyyətində beynəlxalq təcrübənin öyrənilməsi |
Onlayn – Microsoft Teams |
Xülasə: Müasir dövrümüzdə qloballaşma proseslərinin və beynəlxalq səviyyəli rəqabətin sürətlə dərinləşdiyi bir vaxtda hal-hazırda mövcud olan potensialdan istifadənin mümkünlüyü və səmərəliliyinin yüksəldilməsi ölkənin inkişaf prioritetlərini təşkil edir. Açıq hava turizm fəaliyyətinin təşkilinin genişlənməsi, bu sahədə qəbul olunan beynəlxalq əhəmiyyətli layihələr, yerli və xarici turizm şirkətlərinin ölkəmizdə fəaliyyətini genişləndirməsi, bu istiqamət üzrə xidmət sahəsinin yüksəldilməsini tələb edir.
Məruzədə beynəlxalq səviyyədə açıq hava turizm fəaliyyətinin mövcud vəziyyəti və inkişaf istiqamətləri, təqdim olunan xidmətlərin yüksək standartları təhlil ediləcəkdir.
S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer |
2 |
14.07.2021 | 14:00 | 5406.01-“Hidrologiya” | Hidrometeorologiya kafedrasının müəllimi-Nuriyev Anar Ataxan oğlu |
Su ehtiyatlarının idarə olunmasında hidroloji modelləşdirmədən istifadə | Onlayn – Microsoft Teams |
Xülasə: Hidroloji modelləşdirmə bütün komponentləri nəzərə alaraq çayı və onun sutoplayıcısını rəqəmsal aləmə köçürməyə və reallığa mümkün qədər yaxın bir model yaratmağa imkan verir. Hidroloji modelləşdirmə yalnız bir proqram təminatının tətbiqi deyil, eyni zamanda məlumatın əldə edilməsindən nəticələrin təqdimatına qədər bir sıra addımların cəmidir. Mövcud su ehtiyatlarını və su çatışmazlığını qiymətləndirmək xüsusilə quraqlığın təsiri baxımından çətindir. Fərqli sektorlar üçün çoxsaylı təsiri qiymətləndirmək üçün ümumiyyətlə məlumatlar tam olaraq mövcud deyildir. Su mövcudluğunu və su qıtlığını qiymətləndirmək üçün mümkün bir yanaşma tətbiq edilmişdir. Bu yanaşma əkin suyuna olan tələbatla əlaqədar olaraq hazırlanmışdır və kənd təsərrüfatı sektorunu hədəf alır və müxtəlif ssenarilərə uyğun olaraq suya olan tələbatı hesablamağa imkan verir.