| S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer | 
| 1 | 10.06.2021 | 10:30 | Fizika Problemləri ETİ-nin Biofizika şöbəsi | Biofizika şöbəsinin böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Həsənova Xavər Tağı qızı | PVP–C6O7H5Na3–H2O ikifazalı sistemlərinin hal diaqramlarına PVP-nin molekul kütləsinin, temperaturun, karbamidin, bəzi şəkərlərin və biratomlu spirtlərin təsiri | Onlayn – Microsoft Teams | 
Xülasə: Təqdim olunan işdə PVP-C6O7H5Na3 –H2O   qarışığında komponentlərin konsentrasiyalarının müəyyən qiymətlərində   termodinamik tarazlıqda olan ikifazalı sistemin əmələ gəlməsi müşahidə   olunmuş, alınmış yeni sistemin hal diaqramı-binodal əyrisi və   birləşdirici xətlərin meyl bucağı təyin edilmişdir. PVP-nin 10000,   12000, 54000 molekul kütləli fraksiyalaarının, limon turşusunun natrium   duzunun sulu qarışığında alınmış ikifazalı  sistemlərdə   PVP-nin   molekul kütləsinin və temperaturun binodala təsirinə, eləcə də sistemin   hal diaqramına karbamidin, bəzi şəkərlərin və bəzi biratomlu spirtlərin   təsirinə  baxılmışdır. Müəyyən edilmişdir ki, polimerin molekul   kütləsinin artmasilə fazaəmələ gəlmə komponentlərin daha kiçik   konsentrasiyalarında baş verir, binodallar koordinat başlanğıcına doqru   süürüşür. Bu sistemlər, polimer-polimer-su ikifazalı sistemlərdən  fərqli  olaraq, həllolmanın aşağı kritik temperaturuna (HAKT)  malikdir,   temperaturun artması ilə fazalara ayrılma sürətlənir.
Fazalara   ayrılma prosesinə ən çox təsir edən, şəkərlər sırasından saxaroza,   spirtlər sırasından isə propanol  olmuşdur. Fazalara ayrılma prosesində   suyun həlledici rolu olduğu müəyyən edilmişdir.
| S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer | 
| 2 | 24.06.2021 | 10:30 | Fizika Problemləri ETİ-nin Kondensə olunmuş hal fizikası şöbəsi | Elmı işçi Ləman Abdullayeva | Metal-yarımkeçirici kontaktında ayırılma sərhəddının xassələrı | Onlayn – Microsoft Teams | 
Xülasə: Elektronikanın inkişafı yeni fiziki və texnoloji ideyalar əsasında mümkündür. Metal-yarımkeçirici kontaktının fizikası istiqamətində aparılan elmi araşdırmalar və təcrübi nəticələr bu sahəyə müxtəlif yanaşmaların yaradılmasına səbəb olmuşdur. Metalların nazik təbəqələri inteqral sxemlərin hazırlanmasında bir çox funksiyalar yerinə yetirdiyinə görə onun mikrostrukturunun bu funksiyalara təsirini öyrənilməsi həm elmi, həm də praktiki əhəmiyyət kəsb edir. Məruzədə metal-yarımkeçirici kontaktların ayırılma (toxunma) sərhəddində baş verən fiziki-kimyəvi proseslərdə metalın daha aktiv tərəfdaş olması göstərilmiş və polikristal metal təbəqəli qeyri-bircins metal-yarımkeçirici kontaktın elektrofiziki xassələrini əks etdirən nəticələr təqdim olunmuşdur.
