S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer |
1 | 06.05.2021 | 10:00 | Fizika fakültəsi | Nəzəri fizika kafedrasının doktorantı Ömərova Emilya |
MSSM-də Hiqqs bozonların fermion cütünə parçalanma kanalları |
Online- Microsoft Teams |
Xülasə: MSSM çərçivəsində Hiqqs bozonların iki istiqamətdə fermion cütünə parçalanma kanalları tədqiq edilmişdir:
1) Hiqqs bozonların ixtiyari polyarlaşmış fermion - antifermion cütünə parçalanma kanalları;
2) Hiqqs bozonun kalibrləmə bozonuna və uzununa polyarlaşmış fermion - antifermion cütünə parçalanma kanalları.
Hər bir parçalanmanın eni üçün riyazi ifadələr əldə olunmuş və onların Hiqqs bozonların kütlələrindən asılılıqları müəyyən edilmişdir.
S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer |
2 |
07.05.2021 |
11:00 | Fizika fakültəsi | Optika və molekulyar fizika kafedrasının dosenti Bəxtiyar Paşayev |
Bir sıra kiçik molekullu birləşmələrin müxtəlif fraksiyalı polietilenqlikolların suda məhlullarının strukturuna təsiri |
Onlayn – Microsoft Teams |
Xülasə: İş, su-PEQ-qələvi və su-PEQ-duz sistemlərində struktur xüsusiyyətlərinin tədqiqinə həsr olunb. İşdə, bir sıra qələvilərin və duzların müxtəlif fraksiyalı PEQ-lərin suda məhlullarının strukturuna təsiri öyrənilmişdir, qələvilərin, duzların ionlarının və PEQ makromolekulunun hidratlaşması prosesləri təhlil olunmuşdur, həmçinin su-PEQ-qələvi və su-PEQ-duz sistemlərində həyacanlanmış və bu sistemlərə uyğun seçilmiş θ-həlledicilərdə həyacanlanmamış PEQ makromolekulunun konformasiyası, ölçüləri müəyyən edilmişdir və bu konformasiyaya, ölçülərə qələvilərin və duzların təsiri araşdırılmışdır.
S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer |
3 |
20.05.2021 |
10:00 | Fizika fakültəsi | Nanomaterialların kimyəvi fizikası kafedrası dosent Arzuman Həsənov |
Metal tərkibli nanoquruluşların riyazi modelləşdirilməsi və kvantmexaniki tədqiqi |
Online- Microsoft Teams |
Xülasə: Metal tərkibli nanoquruluşların riyazi modelləşdirilməsi və kvantmexaniki tədqiqi” mövzusundakı işdə metal tərkibli nanoquruluşların riyazi modelləşdirilməsi və kvantmexaniki metodları tətbiq etməklə onların mümkünlüyü, stabilliyi, mexaniki, termodinamiki, elektrik, maqnit və optik xassələrinin araşdırılmasına baxılmışdır. Bu məqsədlə bəzi metal tərkibli nanoquruluşlarda atomların sayı və ölçüsü müəyyən olunmuş və bunların əsasında nəzəri vizual modelləri qurulmuşdur. Bu modellər əsasında kvantmexaniki metodları tətbiq etməklə kompüterdə hesablamalar aparılmışdır. Alınmış nəticələrin təhlili əsasında metal tərkibli nanoquruluşların bəzi mexaniki, termodinamiki, elektrik, maqnit və optik xassələri və tətbiq olunma imkanları nəzəri öyrənilmişdir.
FİZİKA FAKÜLTƏSİ MAGİSTRANRLARIN ELMİ SEMİNARI
06.05.2021
S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer (Bütün magistrant və doktorantların qoşulmağına imkan yaradilsin) |
1 | 06.05.2021 | 12:00 | Atom və nuvə fizikasi | Ağazadə Vusalə |
Neytronların Au197 nüvəsindən elastiki və qeyri-elastiki səpilməsinin tədqiqi | Online- Microsoft Teams |
Xülasə: Aşağı enerjili neytronların Au197 nüvəsindən elastiki səpilməsi tərkibi nüvə modeli əsasında araşdırılmışdır.Neytronlar neytral zərrəciklər olduğuna görə onlar üçün Kulon baryeri mövcud olmur,onlar yalnız nüvə səthində yəni,r=R olduqda mərkəzdənqaçma baryerini keçməlidirlər.Başqa sözlə desək,hədəf Au197 nüvəsinin üzərinə düşən neytronun kinetik enerjisi bu baryerin hündürlüyündən böyük olmalıdır.Burada aşağı enerjili neytronların hansı halda bu baryeri keçə bilməsi tədqiq edilmişdir.Neytronların Au197 nüvəsindən elastiki səpilməsinin effektiv kəsiyinin hesablanmasının elə tərkibi nüvənin yaranmasının effektiv kəsiyinin hesablanmasına gətirildiyi göstərilmişdir. Aşağı enerjili neytronların hansı halda Au197 nüvəsi ilə rezonans elastiki səpilməsinin mümkünlüyü tədqiq edilmişdir. Neytronların nüvə səthindən daxilə nüfuz etməsi və orada ilişib qalmasını xarakterizə edən -“yapışma” əmsalı üçün kvant mexaniki ifadə verilmişdir. Bu işdə sürətli neytronların Au197nüvəsindən qeyri-elastiki səpilməsi tərkibi nüvə modeli əsasında tədqiq edilmişdir.Neytronların Au197 nüvəsi ilə güclü qarşılıqlı təsir altında gedən reaksiyanın effektiv kəsiyinin yuxarı sərhəddi müəyyən edilmişdir.
S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer (Bütün magistrant və doktorantların qoşulmağına imkan yaradilsin) |
2 |
06.05.2021 | 12:00 | Fizika, Maddə quruluşu kafedrası | Mustafayeva Nigar |
Nüvələrdən neytronlarla klasterlərin çıxmasının təhrif edilmiş dalğalar nəzəriyyəsi ilə öyrənilməsi | Online- Microsoft Teams |
Xülasə: Klaster dedikdə,nüvənin daxilində yaranan iki və ya daha çox hissəcikdən ibarət müxtəlif yığcam quruluşlar nəzərdə tutulur (bu zərrəciklər yalnız proton,neytronlar yox,kvarklar,mezonlar və digər elementar zərrəciklər ola bilər).Təhrif edilmiş dalğa nəzəriyyəsi,qarşılıqlı təsirə məruz qalan hissəciyin enerji və impulsunu nüvənin azsaylı sərbəstlik dərəcəsinə ötürülməsindən istifadə edir.Təhrif edilmiş dalğa nəzəriyyəsində,düşən adronun dalğa funksiyasının fərqli kompanentlərinin nüvə daxilindəki klaster ilə müxtəlif qarşılıqlı təsir ehtimallarına malik olması səbəbindən klasterləri əhatə edən reaksiyalar kvant mexaniki proses kimi qəbul edilir.Nəticədə,dalğa funksiyası təhrif olunur.Beləliklə,qarşılıqlı təsir prosesləri iki yerə ayrılır:
1. Hissəciklərin hədəf nüvənin “təhrif olunmuş” optik potensialında hərəkəti.
2.Hissəciklərin son nüvənin sahəsindəki hərəkəti.
S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer (Bütün magistrant və doktorantların qoşulmağına imkan yaradilsin) |
3 |
06.05.2021 | 12:00 | Fizika, Ümumi fizika və FTM kafedrası | Səidə Fərmanzadə |
Qrafit monotəbəqəsi ilə örtülmüş iridiumun səthində Ba atomlarinin və CsCl molekullarinin birge adsorbsiyasina lazer şüalanmasinin təsiri | Online- Microsoft Teams |
Xülasə: Qrafit monotəbəqəsi ilə örtülmüş iridiumun səthində Ba atomlarının və CsCl molekullarının birgə adsorbsiyasına lazer şüalanmasının təsiri araşdırılmış. Tətqiqatın aparılması metodikası termoelektron, termoion və lazer desorbsiyasına əsaslanmışdır.. Səthdə və həcmdə yaranan ionların qeydiyyatı kütlə-spektrometrində müxtəlif metodların konbinasiyası nəticəsində aparılmışdır. Metal nümunələrin (mis, titan) səthində yarana biləcək plazma üçün intensivliyin minimal həddləri hesablanmışdır. Cilalanmış mis və titan nümunələrində alınmış səth lazer plazmasının parıltısının fotoları və spektrləri təsvir olunmuşdur. İridium lentin çıxış işi, qrafitlə örtülmüş iridiumun çıxış işi, bariumla örtülmüş iridiumun çıxış işi müxtəlif üsullarla müəyyən edilmişdir və uyğun olaraq 5,8 eV, 4,5 eV və 2,2 eV qiymətləri alınmışdır. Təmiz və qrafitlə örtülmüş iridiumun səthlərində CsCl molekulunun dissosasiya etməsi üçün və Ba atomunun ionlaşması üçün udulan fotonların sayının kəskin fərqləndiyi müəyyən edilmişdir. Təmiz səth üçün udulan fotonların sayı 136, qrafitli halda isə təxminən 272-275 foton udulur.
S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer (Bütün magistrant və doktorantların qoşulmağına imkan yaradilsin) |
4 |
06.05.2021 | 12:00 | Fizika, Nanomaterialların kimyəvi fizikası kafedrası | Mustafayeva NigarMəmmədova Fəridə |
Met-callatostatin molekullarının fəza quruluşlarının müqayisəli təhlili" |
Online- Microsoft Teams |
Xülasə: Atom-atom potensial funksiyaları yaxınlaşmalarından istifadə olunaraq molekulyar mexanika üsulu vasitəsi ilə allatostatinlər ailəsinə mənsub olan Met-callatostatin neyropeptidinin fəza quruluşu və konformasiya xüsusiyyətləri tədqiq edilmişdir. Tədqiqat işinin mahiyyəti molekulu təşkil edən amin turşu qalıqlarının - monopeptidlərin stabil konformasiyalarının fəzada bütün kombinasiyaları nəzərə alınaraq, onların daxili fırlanma bucaqları ətrafında molekuldaxili qarşılıqlı təsir enerjilərinin (qeyri-valent, elektrostatik, torsion) minimizasiyasından ibarətdir. Müəyyən edilmişdir ki, hidrogen rabitələri sisteminin ümumi enerjiyə verdiyi payın az olmasına başmayaraq, bu rabitələr neyropeptidin dayanıqlı stabil quruluşunun yaranmasında və mütəhərrikliyinin azalmasında mühüm rol oynayır.
S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer (Bütün magistrant və doktorantların qoşulmağına imkan yaradilsin) |
5 |
06.05.2021 | 12:00 | Fizika, Nanomaterialların kimyəvi fizikası kafedrası | Abdullayeva Sübhanə |
Dəmir tərkibli nanohissəciklərin maqnit xassələrinin nəzəri tədqiqi" | Online- Microsoft Teams |
Xülasə: Maqnit nanohissəciklərindən dərmanların və genlərin ötürülməsində istifadə olunur.Xüsusilə də maqnit nanohissəciklərindən gələcəkdə xərçəng xəstəliyinin müalicəsində istifadə edilə bilər. Tədqiqat obyekti olaraq (Fe)n və (FeO)n, (Fe2O3 )n, (Fe3O4)n nanohissəcikləri seçilmişdir. Xüsusi halda (Fe)8 və (FeO)8, (Fe2O3)8, (Fe3O4)8 nanohissəcikləri seçilmiş və onların vizual modelləri qurulmuşdur. Dəmir və dəmir oksid nanohissəcikəri üçün müxtəlif ölçülərdə maqnit parametrlərini qiymətlərini qiymətləri hesabladıq. Müəyyən etdik ki, dəmir nanohissəciyinin ölçüləri artdıqca onların maqnit xüsusiyyətlərini xarakterizə edən kəmiyyətlərin qiymətləri də artır, 5 nm-dən kiçik ölçülərdə baxılan nanohissəcklər paramaqnit xassəli materiallar kimi aparırlar. Bu isə nanohissəciyin xassələrinin onun ölçü və formasından asılı olduğunu göstərir.
S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer (Bütün magistrant və doktorantların qoşulmağına imkan yaradilsin) |
6 |
06.05.2021 | 12:00 | Fizika, Bərk cisimlər fizikası kafedrası | Ağayeva Rəşidə |
Kvant cuxuruna malik yarimkecirici strukturlarda optik kecidlər | Online- Microsoft Teams |
Xülasə: Düzbucaqlı parallelepiped şəklində olan kvant nöqtəsində zonadaxili optik keçidlər öyrənilmişdir. Optik keçidlərin matris elemnetləri hesablanmış, seçmə qaydaları və keçid ehtimalının işıq dalğasının polyarlaşma istiqamətindən asılılığı müəyyən edilmişdir.