S/s Tarix Saat Struktur bölmə Məruzəçi(lər) Məruzənin adı Keçirildiyi yer
1
25.05.2021 
14:00 

Meliorasiya və Su Təsərrüfatı ASC-nin
Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi

Xidmətin Mil-Qarabağ regional zonasının rəisi
Siyah Əli oğlu Əliyev
Mil-Qarabağ zonasında hidrogeoloji -meliorativ şəraitin son vəziyyəti (2020-ci ilə)
və işğaldan azad olunmuş suvarılan torpaqlarda
hidrogeoloji-meliorativ şəraitin öyrənilməsinin təşkili
Onlayn – Microsoft Teams

Xülasə: Məruzə Mil-Qarabağ zonasının Bərdə, Ağcəbədi, Yevlax, Tərtər, Beyləqan, Fizuli və Ağdam rayonlarının suvarılan torpaqlarının hidrogeoloji-meliorativ şəraitinin 2020-ci il məlumatlarına əsasən müşahidələrin qiymətləndirilməsinə, melorativ tədbirlər tələb edən sahələrdə tədbirlərin əsaslandırılmasına, işğaldan azad olmuş suvarılan torpaqlarda hidrogeoloji-meliorativ şəraitin öyrənilməsinin təşkilinə olunur.

 

S/s Tarix Saat Struktur bölmə Məruzəçi(lər) Məruzənin adı Keçirildiyi yer
2
31.05.2021 11:00 AMEA-nın Geologiya və Geofizika İnstitutu Geologiya və Geofizika İnstitutunun “Petrologiya” şöbəsinin müdiri, professor Musa Nəsib oğlu Məmmədov
Araliq dənizi Qafqaz-Zaqros seqmentinin  geoloji  inkşafının  Mezozoy mərhələsi

Onlayn – Microsoft Teams

Xülasə: Qafqaz–İran mikrokontinentlərinin geoloji  inkşafının divergent təmasları boyu formalaşmış Mezotetis okeanının Göyçə-Həkəri,  Vedi–Zəngəzur–Allahyarlı  və Zaqros qollarının ayrı-ayrı mikrokontinentlərində  terrigen çöküntülərin əmələ gəlmə  şəraiti,  həmin qolların subduksiya zonalarının erkən  əyilmə mərhələlərində səpələnmiş spredinq zonaları haqqında məlumat veriləcək, subduksiya zonalarında inkşaf tapmış maqmatik komplekslərin indikator rolu və nəhayət qeyd olunan amillərin köməyi ilə mezozoy maqmatizminin filiz əmələgətirmə potensialı şərh olunacaq.