S/s Tarix Saat Struktur bölmə Məruzəçi(lər) Məruzənin adı Keçirildiyi yer
1 18.05.2021 15:00 Mülki prosess və kommersiya hüququ
Elçin Xələfov
Fərda Cabbarlı
Mübariz Yolçiyev

Mülki mühakimə icraatinda vəkilin iştirakinin hüquqi əsasları Onlayn – Microsoft Teams

Xülasə: Seminar mövzusunun aktuallığı mülki prosessual hüquq elmində və məhkəmə praktikasında vəkillik institutunun fəaliyyəti zamanı yaranan bir sıra aktual məsələlərin tədqiqinə vahid yanaşmanın olmaması ilə şərtlənir. Azərbaycan Respublikasının qüvvədə olan mülki prosessual qanunvericiliyində mülki işlər üzrə məhkəmə icraatında vəkilliyin əhəmiyyətli aspektlərinin həlli aydın şəkildə tənzimlənməmiş, bu istiqamətdə kifayət qədər effektiv mexanizmlər yaradılmamışdır. Bu mövzu üzrə hazırda mövcud olan nəzəri tədqiqatlar, yalnız ümumi şəkildə vəkilliyin bəzi, ayrı-ayrı aspektlərini işıqlandırır, lakin faktiki olaraq mülki mühakimə icraatında vəkilin iştirakının real problemlərinin araşdırılması və həll variantlarının təklifinə dair müzkirələrin aparılması vacibdir.

 

S/s Tarix Saat Struktur bölmə Məruzəçi(lər) Məruzənin adı Keçirildiyi yer
2
22.05.2021 13:00 İnsan hüquqları
Elgün Səfərov
(Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sədr müavini, beynəlxalq hüquq, insan hüquq və azadlıqları üzrə ekspert)

Milli qanunvericilik sistemində uşaq və qadın hüquqlarının müdafiə mexanizmlərinin inkişafı: nailiyyətlər və qarşıda duran məsələlər Onlayn – Microsoft Teams

Xülasə: Ümumi insan  hüquq və azadlıqları kontekstində qadın və uşaq hüquqlarının xüsusi yeri vardır. İstənilən cəmiyyətdə qadın və uşaq hüquqları müdafiə olunursa, orda bütövlükdə insan hüquqlarının qorunduğunu demək olar. Bu baxımdan qadın və uşaq hüquqlarının təmin edilməsi, onun cəmiyyətdəki rolunun daha da gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

 

S/s Tarix Saat Struktur bölmə Məruzəçi(lər) Məruzənin adı Keçirildiyi yer
3
26.05.2021 15:00 Cinayət hüququ Elnur Aslanov (Daxili İşlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəsi müavini)
Müasir dövrdə valyuta və qiymətli kağızların saxtalaşdırılması ilə mübarizənin əsas tendensiyaları

Onlayn – Microsoft Teams

Xülasə: Müasir bazar iqtisadiyyatı dövründə, beynəlxalq tucarət dövriyyəsinin artması, xüsusi ilə internet resursları üzərindən ticarətin genişləndiyi şəraitdə valyuta və qiymətli kağızlar bazarında baş verən yeniliklər bu sahədə mövcud milli qanunvericiliyin və beynəlxaql aktların təkmilləşdirilməsini, valyuta və qiymətli kağızların müxtəlif yollarla saxtalaşdırılmasının qarşısının alınmasını, bu əməllərə görə hüquqi mübarizə tədbirlərini aktuallaşdırır.