S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer | LİNK |
1 | 08.04.21 | 12:00 | Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrası | Qurbanova Aygün Şahmar | Azərbaycanda internet medianın fəaliyyəti | Onlayn – Microsoft Teams |
http://journalism.bsu.edu.az/az/news/jurnalistika_fakltsind_nvbti_elmi_seminar |
Xülasə: İnternet cəmiyyətin ayrılmaz tərkib hissəsi olduğundan həyatımızda müstəsna xidmətlər göstərir və cəmiyyətə daha çatımlı olmağa çalışır. Bu baxımdan yeni media resurslarının durmadan inkişafı qlobal internet məkanında xüsusi rol oynayır. Azərbaycan internet mühitində onlayn media sistemi yəni, internet portallar, xəbər saytları, onlayn tv və radiolar, elektron qəzetlər, informasiya agentlikləri və s. ictimaiyyəti ən son xəbərlərlə təmin edərək onların informasiyaya olan tələbatını ödəyir. İnternetin köməyi ilə qaynar xəbərləri online qaydada tez əldə etmək mümkündür. Bu zaçam komputer şəbəkələri və mobil telefonlar insanların köməyinə tez çatır, baş verən ən son informasiyaları operativ qaydada əldə etmək imkanına sahib olurlar.