S/s Tarix Saat Struktur bölmə Məruzəçi(lər) Məruzənin adı Keçirildiyi yer LİNK
1 12.05.21 12:00 Milli Mətbuat tarixi kafedrası Həsənova Nuranə Vəli qızı 1980-ci illərin sonu 90-cı illərin əvvəllərində Azərbaycanda ictimai-siyasi vəziyyət Onlayn – Microsoft Teams
Keçiriləcək

Xülasə: XX əsrin sonları Azərbaycanda milli intibah, siyasi oyanış, müstəqillik uğrunda mübarizə ilə xarakterikdir. XX əsrin 80-90-cı illərində Azərbaycanda mövcud olan vəziyyəti təhlil etmək, milli azadlıq mübarizəsinin başlanması haqqında məlumat vermək. Azərbaycan xalqının milli şüurunun yenidən oyanmasına səbəb olan amilləri araşdıraraq diqqətə çatdırmaq. Azərbaycanın ərazi bütövlüyü uğrunda başlanan kortəbii hərəkatın milli azadlıq hərəkatına çevrilməsi mərhələlərinə nəzər yetirmək. XX əsrin sonlarında klassik ənənələrə qayıdışla bərabər, yeniliklərin bolluğu, ümumbəşəri dəyərlərin müəyyən qədər dəyişdiyi, mənafelərin toqquşduğu, ziddiyyətlərin kəskinləşdiyi mərhələni, intibah və faciələrlə əlamətdar tarixi prosesləri nəzəri cəhətdən təhlilə cəlb etmək. Bütün bu sadalanan amillər mövzunu aktual edən səbəblər sırasına daxildir.