Bakı Dövlət Universiteti tələbələrin yüksək təhsil almalarını təmin etməklə yanaşı, onlara gələcək karyera qurmalarında da yardımçı olur. Universitetimizin missiyaları sırasına tələbələrin öz ixtisasları üzrə uğurlu karyera qurmalarına kömək etmək, mövcud vakansiyalar barədə bilgiləndirmək də daxildir. Ölkəmizdə fəaliyyət göstərən dövlət və özəl müəssisələrin universitetlə sıx əməkdaşlığı bu işin reallaşmasına müsbət təsir edir. Belə ki, həmin müəssisələrin məsul əməkdaşları mütəmadi olaraq universitetdə tədbirlər təşkil edir, müxtəlif ixtisaslara uyğun vakansiyalar barədə məlumatlar verirlər. “Karyera Planlama Mərkəzi” bölməsində Bakı Dövlət Universitetində təşkil olunan bütün bu tədbirlər və iş elanları barədə ətraflı informasiyalar əksini tapır. Bu imkanlardan yararlanmaq istəyən müəssisələr BDU-da iş təkliflərilə bağlı tədbirlər təşkil edə bilir və ixtisaslarına uyğun işlə təmin olunmaq istəyən tələbələrimiz bu xidmətdən faydalana bilirlər.