S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer |
1 | 15.04.2021 | 15:00 | Kimya fakültısi. Yüksək molekullu birləşmələr kimyası kafedrası. |
İsmayızadə Vüsal Şəmsəddin oğlu | Trietanolaminlə tikilmiş maleinanhidridi-stirol birgə polimeri ilə Rodamin6G boyaq maddəsinin sulu məhluldan sorbsiyası |
Onlayn – Microsoft Teams |
Xülasə: Trietanolaminlə tikilmiş malein anhidridi-stirol birgə polimeri Rodamin 6G boyaq maddəsinin sulu məhluldan sorbsiyası üçün sorbent kimi istifadə olunma şəraiti öyrənilmişdir.
S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer |
2 |
16.04.2021 | 14:00 | Kimya fakültısi. Yüksək molekullu birləşmələr kimyası kafedrası. |
Paşayev Nurməhəmməd Vidadi oğlu |
Butadien nitril kauçukunun seolitlə kompozisiyasının fosforxlorlaşdırılmasından alınan nanohissəciklərin tədqiqi |
Onlayn – Microsoft Teams |
Xülasə: Butadien-nitril kauçukunun seolitlə kompozisiyası oksigen iştirakında fosforxlorlaşdırılmışdır. Alınan kompozitin statistik mübadilə tutumu hesablanmış və sulu məhlullardan ağır metal ionlarının çıxarılması üçün butadien nitril / seolit tərkibli sorbentin effektivliyi öyrənilmişdir.
S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer |
3 |
16.04.2021 | 14:00 15:00 |
Kimya fakültəsi. Yüksək molekullu birləşmələr kimyası kafedrası. |
Əliyev Oruc İdris oğlu |
Синтез нанокомпозитов методом темплатного синтеза |
Onlayn – Microsoft Teams |
Xülasə: Слоистые двойные гидроксиды сокр., СДГ — класс неорганических соединений, состоящих из положительно заряженных слоёв, образованных ионами разновалентных металлов и гидроксид-ионами, разделенных подвижными анионами и молекулами воды в межслоевом пространстве. Цель состоит в том, чтобы получить композит ZnAl LDH / поливиниловый спирт, затем обработать его кислотой и получить наночастицы в полученных нанопорах.
S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer |
4 |
16.04.2021 | 14:30 |
Kimya fakültəsi. Yüksək molekullu birləşmələr kimyası kafedrası. |
Məmmədova Sevinc Fərmayıl |
NiZnAl laylı ikili hidroksidlərin polivinil spirti ilə sintezi və onlar əsasında NiZnS nanohissəciklərinin alınması |
Onlayn – Microsoft Teams |
Xülasə: Təqdim edilən işdə NiZnAl əsaslı laylı ikili hidroksidlər birgə çökdürmə metodu ilə sintez edilmişdir. Nanokompozitin sintezi 90oC-də su mühitində aparılmış, birgə çökdürücü kimi NaOH məhlulundan istifadə edilmişdir. Alınmış nanokompozit əsasında Ni0.2Zn0.8S nanohissəcikləri sintez edilmiş və onların optiki və struktur xassələri öyrənilmişdir. Rentgen difraktometrindən əldə edilən nəticələrə görə Ni0.2Zn0.8S nanohissəciklərinin orta ölçüsü 5.31 nm olmuşdur.
S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer |
5 |
16.04.2021 | 14:00 |
Kimya fakültəsi. Yüksək molekullu birləşmələr kimyası kafedrası. |
Binnətova Müjgan Həmid qızı |
Polivinil spirtindən alınmıs hidrogel əsasında nanokompozitlərin alınması və tədqiqi |
Onlayn – Microsoft Teams |
Xülasə: Hidrogellər üç ölçülü polimerlərdir ki, onlar su ilə təmasda olduqda həll olmur və həlledicidə şişir. Hidrogellərin orijinal mənbələri iki əsas sinfə bölünür; süni və təbii. Hidrogeli əmələ gətirən ümumi maddələrə polivinil spirti, polietilen qlikol, natrium poliakrilat , akrilat polimerləri, jelatin və fibrin kimi təbii zülalları misal göstərmək olar. Tətqiqat işi polivinil spirti hidrogeli əsaslı nanokompozitləri əhatə edir və PVS/CdS nanokompozitinin sintezi, tədqiqi və tətbiq imkanları istiqamətində aparılmış tədqiqatlardan alınan nəticələr mühüm xassələrə malik yeni polimer nanokompozitinin SİLAR metodu və Termokimyəvi metodla sintezinin mümkünlüyü haqqında elmi faktları ortaya qoyur.
S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer |
6 |
16.04.2021 | 15:00 |
Kimya fakültəsi. Yüksək molekullu birləşmələr kimyası kafedrası. |
Məmmədova Ulduz Qara qızı |
Trietanolaminlə tikilmiş malein anhidridi-stirol birgə polimerinin ammonium duzunun alınması və onunla Rodamin 6G boyaq maddəsinin sulu məhluldan sorbsiyası |
Onlayn – Microsoft Teams |
Xülasə: Trietanolaminlə tikilmiş malein anhidridi-stirol birgə polimeri və onun ammonium duzu alınaraq ondan Rodamin 6G boyaq maddəsinin sulu məhluldan sorbsiyası üçün sorbent kimi istifadə olunma şəraiti öyrənilmişdir.
S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer |
7 |
16.04.2021 | 16:00 |
Kimya fakültəsi. Yüksək molekullu birləşmələr kimyası kafedrası. |
Şükürov Azad Albert oğlu |
Модификация полисахаридсодержащих соединений реакцией окислительного хлорфосфорилирования. |
Onlayn – Microsoft Teams |
Xülasə: Химическая модификация природных и синтетических полимеров лежит в основе получения композиционных материалов с заданными потребительскими свойствами. Современные тренды озеленения экономики диктуют необходимость создания биодеградируемых, экологически безопасных и ресурсосберегающих полимерных материалов, к каковым бесспорно относится целлюлоза - сложный природный полисахарид, широко используемый в различных отраслях промышленного производства. Химические преобразования целлюлозы путем включения различных функциональных групп в основную структуру позволяют существенно изменить ее физико-химические свойства.
S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer |
8 |
16.04.2021 | 14:00 |
Kimya fakültəsi. Yüksək molekullu birləşmələr kimyası kafedrası. |
İbrahimova Gülşən Elimxan qızı |
Oliqomer diaza kraun efirlərin sintezi və onların sulu məhlullardan yodit ionlarının selektiv ayrılması üçün tətbiqi |
Onlayn – Microsoft Teams |
Xülasə: Mövzu üzrə 105 istinaddan istifadə edərək, ədəbiyyat icmalı, hazırlanmış və təhlil edilmişdir. Tərkibində dördlü azot atomu saxlayan, makrosiklik birləşmələrin, radikal və kation mexanizmi üzrə, polimerləşməsi aparılmış, alınmış oliqomerlərin tətbiq sahələri araşdırılmışdır. Tərkibində iodit ionları az olan, lay suların kimya sənayesində istifadə edilməzdən əvvəl, təmizlənməlidir ki, bu məqsədlə hal-hazırda, müxtəlif ion-dəyişdirici qətranlardan istifadə edilir. Lakin, belə bir ion dəyişdirici tədbiq olunması çox böyük maliyyə çətinnikləri yaradır. Tərəfimizdən makrosiklik oliqomerlərdən istifadə etməklə, seçici ekstraksiyaya əsaslanaraq, yeni üsul verilmişdir. Təklif etdiyimiz üsulun mahiyyəti, ondan ibarətdir ki, makrosiklik oliqomer (ionofor) silindrik formalı, fırlanan şüşəli kolonkaya yerləşdirilir. Doldurulmuş kalonkaya Ph3 gədər turşulaşdırılmış, tərkibndə iodit ionları olan, lay suyu buraxılır. Oliqomerin turşulaşdırılması nəticəsində, kvaterinizə olunmuş birləşmə əmələ gəlir, bu da öz sətində iodit ionunu kompleks birləşmə əmələ gətirməklə, saxlamaq qabiliyyətinə malikdir.
S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer |
9 |
19.04.2021 | 14:00-16:00 |
Kimya fakültəsi. Neft kimyası və kimya texnologiyası kafedrası. |
Əzizova Püstə Şərif qızı |
Синтез и исследование антимикробных свойств новых производных 2-пропенилфенола |
Onlayn – Microsoft Teams |
Xülasə: Функциональнозамещенные фенолы, содержащие в структурах кратную связь, гетероатомы и другие фрагменты обладают большим спектром применения. Подобные соединения применяются в качестве присадок к маслам и топливам, медицинских препаратов, биоцидов, в процессах полимеризации, ингибиторов коррозии и т.д. Учитывая вышесказанное нами получены новые производные фенола, содержащие в структурах гетероциклический фрагмент и кратную связь, сопряженную с ароматическим кольцом. Полученные соединения испытаны на биологическую активность и выявлена их бактерицидная и фунгицидная активность.
S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer |
10 |
19.04.2021 | 14:00-16:00 |
Kimya fakültəsi. Neft kimyası və kimya texnologiyası kafedrası. |
Niftullayeva Sayad Əlövsət oğlu |
Doymamış ketonlar əsasında polifunksional birləşmələr. |
Onlayn – Microsoft Teams |
Xülasə: Məlumdur ki, aromatik ketonlar üzvi sintezin mühüm komponentləri olub, təcrübi əhəmiyyətə malik birləşmələrdir. Doymamış aromatik ketonlar əsasında iki və daha çox komponentli kondensləşmə reaksiyaları aparılaraq dərman kimyasında mühüm əhəmiyyət kəsb edən, bioloji aktivliyə malik heterotsiklik birləşmələr: izaksazol,pirazol,imidazol,tiazolllar və s. sintez olunur.