Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzi 2008-ci ilin dekabrın 17-də Koreya dövlətinin birbaşa dəstəyi ilə xarici və daxili rəqəmsal sistemləri hərtərəfli təmin etmək məqsədilə yaranan KADO-nun (Korean Agency for Digital Opportunities and Promotion) yardımı ilə açılıb. Açılış mərasimində BDU-nunu rektoru, akademik Abel Məhərrəmov, Koreya Respublikasının İctimai İdarəetmə və Təhlükəsizlik nazirinin müavini Kin Young Ho və KADO-nun vitse-prezidenti Park Von Gsun iştirak edib.
2012-ci ilin may ayında Koreya Milli İnformasiya Cəmiyyətinin icraçı direktoru Myungha Hongun Bakı Dövlət Universitetinə səfəri zamanı Mərkəzin yenilənməsinə dair müqavilə imzalanıb. Yenilənmə işlərinə mərkəzin kompyuter sisteminin əvəzlənməsi, video-konfrans və virtual universitetin yaradılması daxil edilib. Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin yenilənmə prosesindən sonra açılışı 2012-ci ilin avqust ayında keçirilib. Təxminən 100 min dollara başa gələn təchizat işləri əvəzsiz olaraq yerinə yetirilib.
Mərkəzin açılışında əsas məqsəd aşağıldakılardır:
-Tələbələrin müasir rəqəmsal texnologiya və avadanlıqlar ilə tanış olması
-Son informasiya texnologiyalarına yiyələnmək;
-Onların qloballaşan dünyanın inteqrasiya proseslərində daha fəal iştirakının təmin olunması.
3 otaqdan ibarət olan Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzində Seminar-room, İT Training Laboratory və İnternet Lounge fəaliyyət göstərir. İT Training Laboratory 90 ədəd kompüter və iki genişekranlı proyektor ilə təchiz olunub. Tələbələrin daha geniş kompüter biliklərinə malik olmaları, eyni zamanda proqramlaşdırma dillərinə mükəmməl yiyələnmələri üçün Mərkəzdə bütün şərait vardır. İnternet Lounge room isə öz növbəsində tələbələrin və tədqiqatla məşğul olan şəxslərin internet vasitəsilə lazımi məlumatları əldə etmələri məqsədinə xidmət edir.
Mərkəz KADO-nun birbaşa dəstəyi ilə fəaliyyət göstərir.