S/s Tarix Saat Struktur bölmə Məruzəçi(lər) Məruzənin adı Keçirildiyi yer
1 20.04.2021 11:00 Riyazi fizika tənlikləri kafedrası Rübabə Yusifli
Nazik çubuğun rəqs tənliyi üçün bir məsələnin sonlu fərqlər üsulu ilə həlli

Onlayn – Microsoft Teams

Xülasə: Məruzədə nazik çubuğun rəqs tənliyi üçün sərhəd şərtlərində məchul funksiyanın yüksək tərtibli xüsusi törəmələri iştirak edən bir məsələ sonlu fərqlər üsulu ilə tədqiq edilir.Əvvəlcə baxılan məsələnin yüksək tərtibdən approksimasiya edən fərq məsələsi qurulub, bu məsələnin həll üsulu tədqiq edilir və həll üsulunun korrektliyi və dayanıqlığı üçün kafi şərtlər alınacaq.

 

S/s Tarix Saat Struktur bölmə Məruzəçi(lər) Məruzənin adı Keçirildiyi yer
2
27.04.2021 10:00 Riyazi fizika tənlikləri kafedrası

Zakir Xankişiyev


Parabolik tip tənlik üçün sərhəd şərtlərində məchul funksiyasının
inteqralı iştirak edən məsələnin sonlu fərqlər üsulu ilə həlli

Onlayn – Microsoft Teams

Xülasə: Məruzədə bəzi sinif inteqral tipli sərhəd şərtlərinin lokal sərhəd şərtləri ilə əvəz olunması, alınan yeni məsələnin sonlu fərqlər üsulu ilə həlli və fərq məsələsinin həllinin yığılması məsələləri müzakirə olunacaqdır.

 

S/s Tarix Saat Struktur bölmə Məruzəçi(lər) Məruzənin adı Keçirildiyi yer
3
29.04.2021 11:00
Mexanika-riyaziyyat fakültəsi
Kafedranın dosenti
Habil Dövlət oğlu Fəttayev

Reper laylanmalarının diferensial-həndəsi
strukturları
Onlayn – Microsoft Teams
“Mexanika-Riyaziyyat fakültəsin inümumi virtual Elmi seminarı”

Xülasə: Məruzədə tədqiqat obyekti kimi koreperlərin və (1,1) tipli tenzor reperlərinin əmələ gətirdiyi laylanmalara baxılır. Əvvəlcə hamar çoxobrazlı üzərində diferensiallanma, onun ayrılış düsturu haqqında məlumat verilir, diferensiallanmaların koreper laylanmasına tam və horizontal liftlərinin təyin olunmasından bəhs edilir, xüsusi hal kimi, kovariant diferensiallanmaların liftlərinin xassələri qeyd olunur. Sonra isə (1,1) tipli tenzor reperlərinin laylanmasında Sasaki metrikasının təyin olunması, bu metrikanın Levi-Çivita rabitəsinin xassələri, afin rabitənin horizontal liftinin qurulması haqqında danışılır.