Milli Net- Milli İnternet Mükafatı Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu mükafat hər il  sosial, mədəni, elmi,  iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan  milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir.

Milli İnternet Mükafatının əsas məqsədləri:

1. Azərbaycanda yaradıcılığın, peşəkar fəaliyyətin və informasiya mübadiləsinin yeni bir sahəsi   olan internet sektorunun inkişafına və genişləndirilməsinə xidmət etmək;
2. Ən yaxşı milli internet resurslarımızın ölkəmizdə və dünyada geniş istifadəçi auditoriyasında təbliğini aparmaq;
3. İnformasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək
4. Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirmək