Mirzə Rəşid oğlu Mirzəyev – Maliyyə-təsərrüfat işləri üzrə prorektor,
iqtisad elmləri üzrə fəlsəfə doktoru
29 avqust 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-statistika fakültəsinə daxil olmuşdur.
1984-1986-ci illərdə hərbi xidmət keçmişdir.
1989-cu ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu maliyyə ixtisası üzrə bitirmişdir.
1989-1990-cı illərdə Əli-Bayramlı şəhər Maliyyə şöbəsində ştat üzrə müfəttiş;
1990-1992-ci illərdə Bakı şəhər Maliyyə İdarəsinin Dövlət gəlirlərinin və vergilərin proqnozlaşdırılması şöbəsində iqtisadçı;
1992-1996-cı illərdə Bakı şəhər Maliyyə İdarəsinin Dövlət gəlirlərinin və vergilərin proqnozlaşdırılması şöbəsində baş mütəxəssis;
1996-1998-ci illərdə Bakı şəhər Maliyyə İdarəsinin Dövlət gəlirlərinin və vergilərin proqnozlaşdırılması şöbəsinin rəisi;
1998-2003-cü illərdə Bakı şəhəri Əzizbəyov rayon Maliyyə idarəsinin rəisi;
2003-2008-ci illərdə Bakı şəhəri Xətai rayon Maliyyə idarəsinin rəisi;
2008-2009-cu illərdə Suraxanı rayonu üzrə Maliyyə İdarəsinin rəis müavini;
2009-2015-ci illərdə Maliyyə Nazirliyinin Dövlət Xəzinadarlığı Agentliyinin 5 saylı Xəzinadarlıq İdarəsinin rəisi;
2015-2019-cu illərdə Maliyyə Nazirliyinin Dövlət Xəzinadarlığı Agentliyinin 11 saylı Xəzinadarlıq İdarəsinin rəisi;
2019-2020-ci illərdə BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri;
2020-2026-cı illərdə BDU rektorunun maliyyə və inzibati məsələlər üzrə müşaviri vəzifələrində çalışmışdır.
2026-cı ildən BDU-nun maliyyə-təsərrüfat işləri üzrə prorektorudur.
2020-ci ildən Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Menecment kafedrasının dosentidir.
2007-ci ildə dissertasiya müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Bir sıra beynəlxalq elmi konfranslarda iştirak etmiş, məqalələri Azərbaycanda və bir sıra xarici ölkələrdə çap olunmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, iki övladı var.
