BAKI DÖVLƏT UNIVERSİTETİ APREL, 2021-cı il SEMİNARLARI
S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer |
1 | 27.04.2021 | 11:00 |
Şərif Texnologiya Universitetinin Fizika fakültəsi | Astrofizika və Kosmologiya üzrə professor Sohrab Rahvar |
Kosmologiyada qaranlıq maddə və qaranlıq enerji” | Ustad dərsi Onlayn – Microsoft Teams Ümumuniversitet seminarı |
Xülasə: Kainatda geniş miqyaslı strukturların dinamikasına dair son müşahidələr bu strukturların dinamikası ilə Nyuton dinamikası arasındakı ziddiyyət olduğunu ortaya qoyur. Bu, Kainatda qaranlıq maddə adlanan gizli kütlənin mövcudluğunun müşahidə tərəfdən sübutudur. Kainatın dinamikasının müşahidələri həm də onu göstərir ki, qaranlıq maddə ilə yanaşı Kainatın müsbət təcillə genişləndirən qaranlıq enerji də mövcud ola bilər. Bu ustad dərsində qaranlıq maddə və qaranlıq enerji barədə danışılacaq, qaranlıq maddə zərrəciklərinin mövcudluğu barədə mümkün nəzəri mülahizələrə, alternativ yanaşma kimi modifikasiya olunmuş qravitasiya nəzəriyyəsinin əsas ideyalarına toxunulacaq.
S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer |
2 |
29.04.2021 | 11:00 |
H. Helmholts adına Münhen Elmi-Tədqiqat Mərkəzində "Dinamik sistemlər" şöbəsi və Münhen Universiteti |
H. Helmholts adına Münhen Elmi-Tədqiqat Mərkəzində "Dinamik sistemlər" şöbəsinin müdiri və Münhen Universitetinin professoru, Məsud Əfəndiyev |
Elmlərin konvergensiyası: COVİD-19 | Ustad dərsi Onlayn – Microsoft Teams Ümumuniversitet seminarı |
Xülasə: Ustad dərsində müasir zamanda elmlərin konvergensiyası, onun rolu və strategiyası, səhiyyənin və biologiyanın riyazıyyata gətirdiyi yenilıklər və bu kontekstdə COVID-19-la bağlı məsələlər müzakirə ediləcək.