Qısa Bioqrafik Məlumat

İstefada olan polkovnik-leytenant Nayiq Əhmədov

Hal-hazırda Bakı Dövlət Universitetinin Həyat Fəailiyyətinin Təhlükəsizliyi kafedrasının 0,5 ştat müəllimi

iş telefonu: 012-538-06-78

mobil telefonu 055-680-01-04

 

  • Əhmədov Nayiq Novruz oğlu 1965-ci il oktyabr ayının 14-də Ermənistan SSR Krasnoselo rayonunun Meşəkənd kəndində fəhlə ailəsində anadan olmuşdur.
  • 1973-cü ildə  Meşəkənd kənd orta məktəbinin 1-ci sinifinə daxil olub, 1983-cü ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir.
  • 1984-1986-cı illərdə Ukrayna SSR-nin Ternopol şəhərində müddətli hərbi xidmət keçmişdir.
  • 1994-cü ilin yanvar ayında “Baş leytenant”, 1997-ci ilin fevral ayında “Kapitan”, 2000-ci ilin iyun ayında “Mayor”, 2007-ci ilin iyun ayında “Polkovnik-leytenant” hərbi rütbəsi verilmişdir.
  • Ailəlidir, 2 övladı var.

Təhsili:

1987-ci ildə V.İ.Lenin adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, 1991-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai hərbi hazırlıq və bədən tərbiyyəsi ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.

Əmək Fəaliyyəti:

  • Sentyabr 1991 - noyabr 1992, Bakı şəhəri, Yasamal rayonu 172 №-li orta məktəb hərbi rəhbər;
  • İyul 1993 - aprel 1994, Azərbaycan Respublikası Mülki Müdafiə Qərargahı Bakı Regional İdarəsinin Mülki Müdafiənin planlaşdırılması və təşkili şöbəsinin zabiti;
  • Aprel 1994 - noyabr 1997, Azərbaycan Respublikası Mülki Müdafiə Qərargahı Mülki Müdafiənin planlaşdırılması və  təşkili şöbəsinin zabiti;
  • Noyabr 1997- aprel 2000, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mülki Müdafiə İdarəsi Səbayıl rayon Mülki Müdafiə Regional Şöbəsi rəisinin köməkçisi;
  • Aprel 2000 - dekabr 2001, Müdafiə Nazirliyi Mülki Müdafiə İdarəsi Bakı Regional Mülki Müdafiə şöbəsi əməliyyat bölməsi rəisinin əməliyyat və təşkilat məsələləri üzrə baş köməkçi;
  • Dekabr 2001 - dekabr 2005, Müdafiə Nazirliyi Mülki Müdafiə idarəsi Sabunçu rayon Mülki Müdafiə Regional şöbəsinin rəisi;
  • Dekabr 2005 - dekabr 2006, Müdafiə Nazirliyi Mülki Müdafiə İdarəsi Nəsimi rayon Mülki Müdafiə Regional şöbəsinin rəisi;
  • Dekabr 2006 - yanvar 2009, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunları Nəsimi rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi;
  • Yanvar 2009 - yanvar 2010, Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunları Yasamal rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi;
  • 2011-ci ilin fevral ayından 2011-ci ilin dekabr ayınadək Mülki Müdafiə fənni üzrə saat hesabı ilə müəllim işləmiş, 2011-ci ilin dekabr ayında “Həyat Fəaliyyətinin Təhlükəsizliyi” kafedrasında 0,5 ştat müəllim vəzifəsinə təyin edilmiş, hal-hazırda Mülki Müdafiə fənnini tədris edir.