Bakı Dövlət Universitetində fəaliyyət göstərən psixoloji yardım sektorunun məqsədi universitet əməkdaşlarının və tələbələrin peşəkar şəxsi inkişaf və yüksəlişinə kömək etmək, onların psixoloji müdafiəsini təmin etmək, psixi sağlamlığını qoruyub saxlamaq və gücləndirmək, tələbələrin öz qabiliyyətlərinin fərqinə varmasına yardımçı olmaqdır.
Yalnız Bakı Dövlət Universitetinin əməkdaşları və tələbələr üçün nəzərdə tutulan Psixoloji Yardım Sektorunda "Stress və stressin idarə olunması", "Depressiv vəziyyət", "Psixosomatik problemlər", "Cütlük münasibətləri", "Şəxsi inkişaf" mövzusunda təlimlərin keçirilməsi, "Əhval-ruhiyyə pozuntuları", "Yuxu pozuntuları", "Ailə konsultasiyası", "Həyəcan-təşviş pozuntuları", "Postravmatik stress və əlaqəli pozuntular", "Cinsi problemlər", "Cütlük konsultasiyası", "Zərərli vərdişlər" kimi xidmətlər göstərilir.