S/s Tarix Saat Struktur bölmə Məruzəçi(lər) Məruzənin adı Keçirildiyi yer
2
02.06.2021 14:00 Şərqşünaslıq fakültəsi İran filologiyası kafedrası

Dos.Əsmətxanım Məmmədova


Fars dilində omofonlar

Onlayn – Microsoft Teams

Xülasə: Fars dilində omofonlar
Ərəb əlifbasından istifadə edən fars dilində bu əlifbanln xüsusiyyətindən asılı olaraq dildə müxtəlif leksik vahidlər: omoqraflar, omofonlar, eyni cür yazılıb eyni məna verən müxtəlif dil vahidləri formalaşır. Bu məruzədə həmin dil vahidlərinin xüsusilə də yazılışda, mənalandırmaqda çətinlik yaradan omofonlar haqqında bəhs ediləcək.

 

S/s Tarix Saat Struktur bölmə Məruzəçi(lər) Məruzənin adı Keçirildiyi yer
1 11.06.2021 14:00 Şərqşünaslıq fakültəsi “İslamşünaslıq” ETM Prof.Qurbanov Əsədullla
Babayev Əli
Babayev Elvin

Erməni faşizminin və vandalizminin mürtəce mahiyyəti

Onlayn – Microsoft Teams

Xülasə: Erməni faşizminin və vandalizminin mürtəce mahiyyəti
Başda Azərbaycan Respublikasının prezidenti, müzəffər Ali Baş Komandan, möhtərəm cənab İlham Əliyev olmaqla mərd, igid, qədirbilən Azərbaycan xalqının rəşadətli ordumuzun erməni faşizmi və vandalizmi üzərində tarixi qələbə biz islamşünas filosof alimlərini də çox sevindirmişdir. Biz alimlər 30 illik həsrətdən sonra 44 günlük Vətən müharibəsində erməni faşistlərinin və vandallarının Qarabağın incisi, mədəniyyət paytaxtı Şuşada törətdikləri vəhşiliklər təkcə Azərbaycan xalqına deyil, mütərəqqi bəşəriyyətə qarşı cinayətdir. Onu erməni faşistlərinin və vandallarının Azərbaycanın klassik şairəsi xan qızı Natəvanın, dünya şöhrətli xanəndə Bülbülün, Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəylinin Şuşanın muzeylərində saxlanılan büstlərinin vəhşicəsinə güllələnməsi də bunlara əyani sübutdur. Əlbəttə bu qəbildən olan elmi mülahizələrin və tarixi faktların sayını artırmaq da olardı.  Seminar bu mövzu ətrafında Mərkəzin əməkdaşlarının təqdim edəcəyi çıxışları məqsədi daşıyır.