S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer |
1 | 03.05.2021 | 17:00 | İnformatika kafedrası | Yeganə Əşrəfova | Yalnız sərhəd şərtləri ilə əlaqəli blok strukturlu adi diferensial tənliklər sistemi ilə optimal idarəetmə məsələsinin tədqiqi |
Onlayn – Microsoft Teams |
Xülasə: Məqalədə bloklar arasındakı ayrılmamış sərhəd şərtləri ilə əlaqəli blok strukturlu adi diferensial tənliklər sistemləri ilə optimal idarəetmə məsələsi tədqiq olunmuşdur. Baxılan mürəkkəb obyekt bloklardan ibarətdir. Onların hər birinin vəziyyəti adi diferensial tənliklər sistemi ilə təsvir olunur. Bloklar ixtiyari qaydada yalnız ilkin və / və ya son (sərhəd) vəziyyətlərinin qiymətləri ilə əlaqələnmişdir. Tədqiq olunan optimal idarəetmə məsələsində optimallıq üçün zəruri şərtlər alınmışıdır. Qeyd edək ki, alınmış qoşma məsələ düz məsələ ilə eyni xüsusiyyətlərə malikdir. Optimal idarəetmə məsələsinin ədədi həllində funksionalın qradiyenti üçün alınmış düsturlar istifadə edərək birinci tərtib optimallaşdırma üsullarının tətbiqi təklif olunur.
S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer |
2 |
05.05.2021 | 14:00 |
Tətbiqi analizin riyazi üsulları kafedrası | Həmidə Vəliyeva | Düzbucaqlı tağın əyilmə məsələsinə variyasiya üsulunun tətbiqi |
Onlayn – Microsoft Teams |
Xülasə: Təqdim olunan işdə düzbucaqlı tağın müvazinətinin dayanıqlıq məsələsi müntəzəm paylanmış radial - hidrostatik təzyiq zamanı araşdırılmış və dayanıqlıq əmsalının böhran qüvvəsinə təsiri ədədi olaraq hesablanmışdır.
S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer |
3 |
07.05.2021 | 13:00 |
Riyazi kibernetika kafedrası |
Kamil Mənsimov | Bir dəyişən strukturlu toplanmış parametrli optimal idarətmə məsələsi haqqında | Onlayn – Microsoft Teams |
Xülasə: Məruzədə adi diferensial tənliklər sistemi ilə təsvir olunan bir dəyişən stukturlu optimal idarətmə məsələsinə baxılır. Optimallıq üçün birinci və ikinci tərtib zəruri şətlər tapılmışdır.
S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer |
4 |
07.05.2021 | 19:00 | Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi kafedrası | Qurban Qasımov | Qeyri-xətti dinamik sistemlərin maple paketində ehtimali tədqiqi |
Onlayn – Microsoft Teams |
Xülasə: Qeyri-xətti dinamik sistemlərin maple paketində ehtimali tədqiqi nəzərdə tutulan məruzədə müxtəlif qeyri-xətti dinamik sistemlərin çıxış təsadüfi funksiyalari üçün korelasiyon təhlilin maple paketinin köməyilə reallaşdırma alqoritmi tədqiq olunur.